07 May 2024 09:02
273
CƏMİYYƏT
A- A+

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var  

 

Əhalinin 2-3 faizində müşahidə olunan “sədəf” xəstəliyi (Psoriaz) hər yüz uşaqdan birində rast gəlinir.

AZƏRTAC Uşaq Sağlamlığı və Xəstəlikləri mütəxəssisi Şirin Seçkinin mövzu ilə bağlı araşdırmasını təqdim edir.

“Sədəf” xəstəliyi ətraf mühit faktorlarının, stressin, pəhrizin və artıq çəkinin olduğu müddətdə yaranma riski olan dəri xəstəliyidir. Bu, uşaqlarda dəri xəstəliyinin yaranmasına gətirib çıxaran amillərdir. Bu xəstəlik bəzi uşaqları sosial həyatdan ayırır. Ancaq həmin xəstəlik yoluxucu deyil. “Psoriaz” immunitet sisteminin həddindən artıq aktivləşdiyi və dəri hüceyrələrinin çox tez çoxalmasına səbəb olan xroniki dəri xəstəliyidir. Bu xəstəliyin üçdə biri uşaqlıqda başlayır. Dəridə - ən çox baş dərisində, dirsəklərdə və ya dizlərdə ləkələr görünür. Ancaq bədənin digər hissələri də bu xəstəlikdən təsirlənə bilir. Bu xəstəlik genetik də ola bilər. Uşaqlarda bu, daha çox üz və saç dərisində meydana gəlir. Əgər xəstəlik genetik olaraq baş verirsə, buna diqqət etmək lazımdır. Çünki bu zaman uşaqlar daha çox risk altındadır. Uşaqlıq dövründə travmalar, stress, anormal qidalanma, dərmanlar, infeksiyalar bu xəstəliyə təsir edən ən başlıca amillərdir.

Erkən diaqnoz və müalicə bu zaman çox vacibdir. Müalicə yalnız kosmetik baxımdan uşağın görünüşünü xilas etmək üçün deyil, həm də onu müşayiət edən sistemik xəstəliklərdən qorumaq üçün edilməlidir. Müalicədə tərkibində D vitamini olan kremlərdən istifadə edilməklə tətbiq olunmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video