18 Yanvar 2023 02:51
441
CƏMİYYƏT
A- A+
Həm maddi dəstək, həm də mənəvi dayaq

Həm maddi dəstək, həm də mənəvi dayaq

 

Prezidentimiz İlham Əliyevin son günlər imzaladığı fərman və sərəncamlar bizim dağlar qoynundakı kəndimizdə də böyük razılıqla qarşılanıb. İşimizdən, sənətimizdən asılı olmayaraq hər birimiz bu sənədləri diqqətlə oxuyur  və görürük ki,  yeni sosial paket bizim camaatın dolanışığına da xeyli dəstək verəcək. 
Kəndimizdə pensiyaçılar da, idarə və təşkilatlarda işləyənlər də, övladları ali məktəb tələbələri olanlar da var. Bu baxımdan yanaşanda demək olar ki, kənddə hər bir ailə həmin dəstəkdən yararlanacaq. 
Biz isə şəhid ailəsiyik. Kəndimizdə digər səhid ailələri də yaşayır. Daim dövlətin diqqət və qayğısını hiss edirik. Oğlum Elburus Yusifov peşəkar hərbçi idi. 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər zamanı şəhidliyin bir addımlığında dayanmışdı. Amma şəhadətə bir neçə ay bundan sonra, Vətən müharibəsində - Murovdağ zirvəsində qovuşdu. Elburusun atası Şəmsi müəllim, həyat yoldaşı Günay, bir cüt oğul balası - Elmdar və Şəmsi, qardaşı Hikmət  və bizim böyük ailəmizlə birlikdə bütün el-oba Elburusla qürur duyur. Dövlətimizin  şəhidlərin xatirəsinə ehtiramla yanaşması bizə böyük mənəvi təskinlik, təsəllidir. Dolanışığımız da dövlətin nəzərindədir. Hər bir şəhid ailəsinin vəziyyəti öyrənilir, ehtiyacları xəbər alınır. Məsələn, bizim ailədən gəlinim Günay işlə təmin olundu.
İndi isə şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb. Bunu həm maddi, həm də mənəvi dəstək kimi qəbul edirik. Biz bilirik ki, indi dünya çətin bir durumda yaşayır. Dövlət başçısının müdrikliyi ilə ölkəmiz dövrün bütün çətinliklərindən çıxa bilir. Çox minnətdarıq Prezidentimizə. Böyük miqyaslı işlər gördüyünə, o cümlədən azad olunmuş ərazilərimizi  yenidən tikib-qurduğuna baxmayaraq, şəhid ailələrini  yaddan çıxarmır. Elə budəfəki sosial paketdə də bizlər birincilər sırasında  əhatə olunmuşuq.

Kifayət YUSİFOVA, 
şəhid anası, Tovuz rayonu Ağdam kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!