15 May 2025 08:45
442
İQTİSADİYYAT
A- A+
Havaların əlverişsiz keçməsi ağstafalıların əlini işdən soyutmur

Havaların əlverişsiz keçməsi ağstafalıların əlini işdən soyutmur


Ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və verilən dəstək ildən-ilə artır. Ərzağa olan daxili tələbatın, əsasən, yerli istehsal hesabına ödənilməsi üçün fermer və sahibkarlara hər cür şərait yaradılır. 

Kənd təsərrüfatı rayonlarından olan Ağstafada da aqrar sektorun inkişafına xüsusi münasibət, yanaşma var. İlk növbədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması rayonda strateji hədəf kimi diqqətdə saxlanılır ki, bunun da nəticəsində əhəmiyyətli göstəricilərə nail olunur, başqa sözlə, həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatı məhsullarının istehsalında dinamik artım müşahidə edilir.

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Ağstafada əvvəlki illərdə olduğu kimi, keçən il də uğurlu göstəriciyə nail olunmuşdur. Təsərrüfat sahiblərinin gərgin əməyi nəticəsində rayon üzrə məhsul istehsalının həcmi əvvəlki illərə nisbətən artmışdır. 8512,1 hektarda taxıl yetişdirən əkinçilər hər hektar buğda sahəsindən 34,2, arpa sahəsindən 26,1, qarğıdalı sahəsindən 45,6 sentner məhsul götürmüşlər. Digər sahələrdə də yüksək göstəricilərə nail olunmuşdur: günəbaxan, bostan, tərəvəz və yonca bitkilərinin istehsalı xeyli artmışdır. Kartof istehsalı da nəzərdə tutulduğundan çox olmuş, məhsuldarlıq 266 sentnerə çatmışdır. 

Hazırda rayon üzrə 500,9 hektar üzüm bağı var ki, onun da 484 hektarı barverəndir. Keçən il üzüm bağlarının hər hektarından 160 sentner məhsul yığılmışdır. Hətta rayonda elə kəndlər var ki, orada məhsuldarlıq daha yüksəkdir. Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov, Vəli Vəliyev və Mətləb İslamzadə hər il daha yüksək məhsuldarlığa nail olurlar.

Məhsuldarlıqdan söz düşmüşkən, Ağstafanın meyvə bağlarında da yüksək məhsuldarlıq qeydə alınır. Hazırda rayon üzrə 1389,1 hektar meyvə bağı mövcuddur və həmin bağların 1304,7  hektarı meyvə verəndir. Keçən il bağbanlar hər hektardan 117 sentner meyvə götürmüşlər.

Barama istehsalı da artır. Ötən mövsümə 110 qutu baramaqurdu götürən 60 kümçü 3267,30 kiloqram yaş barama təhvil verərək əvvəlki ildəki göstəricini üstələmişlər. Rayonda bu sahədə yüksək göstəricilərə nail olan çox sayda kümçü var. Sakit İsgəndərov, Pərviz Məmmədov, Nəsibi Səmədov belə kümçülərdəndir. 

Hazırda yaz tarla işlərinin qızğın çağıdır. Təsərrüfat sahibləri keçən ilki göstəriciləri yeniləmək və daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün var qüvvələrini əsirgəmirlər. Havaların  yağmurlu keçməsi işləri bir qədər yubatsa da, təsərrüfat sahibləri bütün imkanlardan maksimum istifadə etməyə çalışırlar. İndiyədək 324 hektarda karof, 179 hektarda qarğıdalı, 1206 hektarda günəbaxan, 30 hektarda soğan, 40 hektarda bostan, 220 hektarda tərəvəz bitkiləri əkilmişdir. Səpin davam edir. Bundan başqa, 267 hektarda yeni meyvə bağı salınmışdır. Fermerlər bu bağları xəstəlik və zərərvericilərdən qorumaq üçün kimyəvi mübarizə işləri həyata keçirirlər. Üzüm bağlarının sahəsi də 8 hektara yaxın genişləndirilmişdir. 

Yaz tarla işləri çərçivəsində taxıl sahələrinə də diqqətlə qulluq göstərilir. Bu il əkilmiş 7929 hektar taxılın 5188,5 hektarı buğda, 2740,5 hektarı arpadır. Yağıntının çox olması əkin sahələrində taxılın sürətli inkişafına səbəb olmuşdur. Mütəxəssislərin fikrincə, bu il əvvəlki illərə nisbətən rayonda daha çox taxıl istehsalına nail olunacağı gözlənilir.                                                                               


Sabir ƏLİYEV,

 "Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!