06 Noyabr 2022 02:58
575
SİYASƏT
A- A+
Haqqın, ədalətin qələbəsi

Haqqın, ədalətin qələbəsi

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqın, ədalətin qələbəsidir. Azərbaycanı bu böyük qələbəyə aparan təməllərin, habelə  xalqın siyasi-psixoloji hazırlığının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strateji xətt Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilmişdir.
Hələ 10 il öncə - 2012-ci ildə dövlət başçısı öz çıxışlarında keçmiş münaqişə ilə bağlı olaraq bildirmişdir: "Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır". Tarixi ədalət isə ondan ibarətdir ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilər Azərbaycanın əzəli dədə-baba torpaqları olmuş, xalqımız əsrlərboyu bu ərazilərdə yaşamışdır. Ötən əsrin əvvəllərində ermənilər bolşeviklərin dəstəyi ilə Azərbaycan torpaqlarını hissə-hissə zəbt etmişlər. 1980-1990-cı illərdə SSRİ-nin çöküşü başlayanda ermənilər daha da fəallaşaraq Qərbi Azərbaycandan azərbaycanlıyam deyəni son nəfərinədək qovmuş, ölkəmizin, Qarabağ da daxil olmaqla, 20 faiz ərazisini işğal edərək 1 milyona yaxın əhalini qaçqın və köçkün vəziyyətinə salmışlar. Bu illər ərzində sülhə və müxtəlif yönlü razılaşmalara yaxın durmayan, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış, şəhər və kəndlərimizi yerləyeksan etmişdir...
Bu haqsızlığa son qoymaq üçün Ali Baş Komandan silahlı qüvvələrimizin inkişafına xüsusi diqqət göstərdi, əsaslı islahatlar apardı, dövlət büdcəsindən işğalçı Ermənistanın az qala dövlət büdcəsinə bərabər vəsait ayırmaqla Azərbaycan Ordusunu dünyanın ən modern və güclü  ordusuna çevirdi.
Azərbaycan Ordusunda gözlənilməz təxribatın qarşısını almağa, tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir, döyüş ruhu yüksək olan birləşmələr yaradıldı. Ordumuzun arsenalında ən müasir silah-sursatlar və zirehli texnikalar yer aldı. Azərbaycan Ordusu dünyanın çox az hərbi qüvvələrində olan - gecə şəraitində yüksək dağlıq ərazilərdə hərbi əməliyyatlar keçirmək üçün istifadə edilən cihazlarla təchiz olundu. Gecə şəraitində 3000 metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi imkanlar əksər ölkələrdə yoxdur. Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını yerli istehsal  hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratmışdır. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Azərbaycan istehsal etdiyi silahlarını artıq xaricə də ixrac edir. Hazırda 10-dan çox ölkə Azərbaycanda istehsal olunan  məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Təsadüfi deyil ki, son illər hərbi məhsullarımızın  ixrac həcmi 2,7 dəfə artıb, 4 hərbi zavod istehsala başlayıb. Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur". 
Azərbaycan xalqının və dövlətinin haqq işi, milli qürur savaşı olan Vətən müharibəsi həm də ədalət uğrunda mübarizə idi. Tarixi Qələbədən sonra Şuşadakı çıxışlarından birində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir:  "Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır".
Bu ideya ətrafında birləşən xalq - prezident birliyi 44 günlük Vətən müharibəsində misli görünməmiş bir Zəfərin əsas güc mənbəyinə çevrildi. Azərbaycanın hər bir vətəndaşı "vətən daşı" olmaq üçün istəyini ortaya qoydu. Ordu bölmələrimiz və könüllülərimiz düşmənin müdafiə səddini darmadağın edərək döyüşə-döyüşə yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad etdilər. Vətəndaşlıq mövqeyindən şəhidlik zirvəsinə ucalan, sağlamlığını, gələcək həyatını Vətənə fəda edən oğullarımız Zəfərə gedən yolda yeni tarixin qəhrəmanlıq salnaməsinə, əsl vətənpərvərlik nümunəsinə çevrildilər.
Beləliklə, işğalçı Ermənistanın əsgərləri torpaqlarımızdan qovuldular, son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən "yenilməz erməni ordusu" tarixin zibilliklərinə atıldı.  Erməni düşüncəsində mümkünsüz olanı Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu bacardı. Nəhayət, "əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın" xəyalları puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət işğal olunmuş torpaqları qorumağa qadir deyildi. 
Ordumuz həm də BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 ilə həll edə bilmədiyi, ağrı-acıya çevrilmiş problemi 44 günə həll etdi. Dünya ictimaiyyəti bu döyüşlərə heyrətini gizlətmədi. Zəfərə gedən yolda qardaş Türkiyə, İsrail, İtaliya, Baltikyanı ölkələrdə, eləcə də Rusiya mətbuatında həqiqəti əks etdirən informasiyalar yer aldı. Moskvada  çıxan "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun təqdim etdiyi informasiya da bu qəbildəndir: "Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən öyrənilir".
İctimai rəydə bu gün də böyük məmnuniyyət hissi ilə qarşılanan bir həqiqət  var ki, Ermənistan rəhbərinin kapitulyasiya aktına imza atmasını ictimaiyyət işğala ölüm hökmü bilir. Bununla da dövlətimizin başçısı bizə qalib xalq kimi yaşamağı bəxş etdi, xalqımızın tapdalanmış hüquqlarını, şərəf və ləyaqətini özünə qaytardı. Bunlarla yanaşı, hərbi ekspertlər, təcrübəli dövlət başçıları, analitiklər, eləcə də sadə insanlar bu reallıqla birmənali şəkildə hesablaşırlar ki, bütün bunların əsas səbəblərindən birincisi Prezident İlham Əliyevin  Ali Baş Komandan kimi yenilməz sərkərdə, məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasıdır. 

Rəhman SALMANLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!