Hansı bitki çayları immunitet sisteminin gücləndirilməsində əvəzolunmazdır?
Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də orqanizm üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir.
AZƏRTAC xəbər verir ki, diyetoloq Ceyhunə Yusifova çayların qida rasionunda geniş istifadə edilməsini tövsiyə edib: “Zəncəfil, darçın çubuqları, çobanyastığı, yaşıl çay, itburnu dəmləməsi və başqa çayların rasionda geniş istifadə edilməsi məsləhət görülür. Çünki həmin bitkilər antioksidant təsirlidir və metobolizmanın sürətlənməsində, arıqlamaqda mühüm rola malikdir. Melissa kimi sakitləşdirici bitkidən istifadə edilməsi, yatmazdan əvvəl melissa və çobanyastığı ilə dəmlənən çay normal yuxu ritminin formalaşmasına kömək edir”.
Mütəxəssislər bildirirlər ki, bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bütün bunları nəzərə almaq lazımdır.
Həkim-fitoterapevt Ulduz Hüseynova isə mövzu ilə bağlı deyib: “Hansı xəstəliklər bitki müalicəsinə tabe olursa, onlar həmin üsulla müalicə olunur. Xüsusilə yüngül formada xroniki böyrək xəstəliklərində nə antibiotikdən, nə də kimyəvi dərmandan istifadə etməyə ehtiyac yoxdur. Tənəffüs yolu xəstəlikləri, bronxial astma və bronxitləri də həmin üsulla müalicə etmək olar”.
Həkim-fitoterapevt mədə xəstəlikləri zamanı ən çox işlənən bitkiləri sadalayıb: “Problemlə bağlı çobanyastığı, gülümbahar, bağayarpağı, dazıotu və boymadərəndən istifadə oluna bilər. Biyan kökləri, gülxətmi və bənövşə çiçəkləri öskürəyin müalicəsində istifadə olunur. Böyrək xəstəliklərində qatırquyruğu, sistit zamanı ayıqulağı, mərcangülü yarpağından istifadə daha səmərəlidir”.
Diyetoloq Nərgiz Nəzirova xüsusilə yaşıl çayın bədənimiz üçün faydalarını vurğulayıb: “Çox insan gündəlik həyatında qara çay istehlakını daha üstün tutur. Lakin mövzu ilə bağlı aparılan araşdırmalar yaşıl çayın orqanizm üçün faydalarını aşkar edib. Yaşıl çay ağciyər, qırtlaq, mədə, bağırsaq və prostat xərçənglərinin inkişafının, böyüməsinin və yayılmasının qarşısını alır. Dərini yumşaldır, kənar faktorlardan qoruyur. Xüsusilə qırışıqlar üçün içilən yaşıl çay paketlərini göz ətrafınızda bir müddət tutmanız kafidir. Yaşıl çay qaşınma və şişliklərə qarşı təbii antiseptik xüsusiyyət daşıyır. Onun nəmləndirici və günəşdən qoruyucu xüsusiyyətindən də faydalana bilərsiniz. Eyni zamanda, təzyiqi salır, yaddaşı gücləndirmək üçün təsirlidir. Tərkibindəki antioksidantlar “Altsheymer” və “Parkinson” kimi xəstəliklərə qarşı qoruyucudur”.
Bitki çaylarının tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunsa da, düzgün istifadə olunmadıqda ciddi fəsadlara aparıb çıxara bilər. Mütəxəssislər bildirirlər ki, onlardan istifadə etməzdən əvvəl tərkibi haqqında məlumatlı olmaq vacibdir.
Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir. Yuxarı tənəffüs yollarının problemi ilə üzləşən cökə çayından istifadə etmək olar. Bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi mikrobları məhv edir, iltihabi prosesin qarşısını alır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq
22 Sentyabr
Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub
22 Sentyabr
Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr
Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşl...
22 Sentyabr
Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti d...
22 Sentyabr
Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməs...
22 Sentyabr
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!