Hanaf Ali Əl Gebali: Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işlər heyranlıq doğurur
Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə mayın 17-də parlamentdə görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə parlamentin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır, o, xalqımızın yaddaşında, milli şüurumuzda əbədilik qazanıb.
Söhbət zamanı Ümummilli Liderin Misirlə əlaqələrin inkişafına önəm verdiyi, ölkələrimiz arasında dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyi vurğulanıb. Hanaf Ali Əl Gebalinin Milli Məclisin xüsusi iclasındakı çıxışının dərin təəssürat yaratdığı bildirilib. Azərbaycanın və Misirin dost ölkələr olduğu, ortaq mənəvi dəyərlərimizin, İslam dininin xalqlarımızı birləşdirdiyi qeyd edilib. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb, bu xüsusda Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsinə ciddi təkan verdiyi vurğulanıb.
Görüşdə Azərbaycanın və Misirin Qoşulmama Hərəkatı, onun Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyəti barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan quruma sədrliyi dövründə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verib.
Misir Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işlərin heyranlıq doğurduğunu qeyd edib. O, Azərbaycanı dost ölkə hesab etdiklərini və münasibətlərimizin böyük tarixi köklərə malik olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan çətin sınaqlardan məhz Heydər Əliyevin rəhbərliyi sayəsində uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və hazırda Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.
Qonaq ölkəmizdə gördükləri qonaqpərvərliyin, xalqımızın yüksək mədəniyyətinin onlarda xoş təəssürat yaratdığını deyib.
Söhbət zamanı, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİL...
26 Aprel
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb...
26 Aprel
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
26 Aprel
İranda dörd məhkum edam edilib
26 Aprel
1196 Gürcüstan vətəndaşı Avropadan deportasiya edilib - MƏLUMAT
26 Aprel
Rusiyadan nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq
26 Aprel
Təyyarələrə limitli maye qəbulunun səbəbi
26 Aprel
"Batmobile"a bənzər konsept elektromobil təqdim edilib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!