07 Mart 2026 23:10
1076
SİYASƏT
A- A+
Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr bölgəmizin sülh və sabitliyi baxımından ciddi narahatlıqlar doğurur. Bu həssas prosesdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr olaraq bölgədə baş verən prosesləri yaxından izləyirik. Müharibənin daha da genişlənməsini istəmirik. Bununla bağlı ortaq bəyanat qəbul etmişik. Bəyanatda qeyd olunub ki, üzv ölkələrdən birinə qarşı yönələn hər hansı hücum bütün TDT üzvləri üçün ciddi narahatlıq mənbəyidir.

Təşkilata üzv ölkələr ölkəmizə və qardaş Azərbaycana qarşı yönələn hücumlar qarşısında güclü dəstək və həmrəylik nümayiş etdirdilər. Onlara buradan bir daha təşəkkür edirik.

Biz müntəzəm olaraq bir araya gələrək əməkdaşlığımızı bütün sahələr üzrə daha da inkişaf etdirəcək və dərinləşdirəcəyik. Bu istiqamətdə həmrəyliyimizi gücləndirərək bölgəmizin və bütün dünyanın sülhünə, rifahına və sabitliyinə birlikdə töhfə verməyə davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasına dair mətbuata açıqlamasında bildirib.

“Regional və qlobal problemlər qarşısında birlikdə hərəkət etməyimiz hər birimizin gücünü və təsirini artırır. Beynəlxalq sistemin getdikcə daha proqnozlaşdırılmaz hala gəldiyi və beynəlxalq hüququn lazımi səviyyədə nəzərə alınmadığı bu günlərdə Türk dünyası olaraq strateji baxışla hərəkət etməli və daha çox həmrəylik göstərməli olduğumuzun fərqindəyik”, – deyə nazir bildirib.

Toplantının məhz bu anlayış çərçivəsində keçirildiyini qeyd edən nazir deyib: “Bir araya gəldiyimiz bu görüşdə son bir ay ərzində baş verən qlobal və regional inkişafları geniş şəkildə müzakirə etdik. Toplantıda təşkilatımızın tərkibində baş verən son yenilikləri və qarşıdakı dövrdə atılacaq addımları da müzakirə etdik. Bugünkü müzakirələrimiz xarici siyasət məsələlərində koordinasiyanın artırılması və ortaq mövqenin formalaşdırılması baxımından son dərəcə faydalı oldu.

Bölgəmizdəki müharibə bir an əvvəl başa çatmalıdır. Biz aylar ərzində danışıqlar masasının qurulması üçün böyük səylər göstərmişik. Bu gün də problemlərin həlli üçün yeganə yolun diplomatiya olduğunu bildirir və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Davamlı sülh yalnız dialoq və əməkdaşlıq yolu ilə mümkündür”.

Nazir toplantıda Orta dəhlizin inkişafı baxımından investisiyaların artırılmasının vacibliyinin vurğulandığını da bildirib.

Hakan Fidan sözlərinə belə davam edib: “Üçüncü ölkələri hədəf alan hücumları ən sərt şəkildə qınadığımızı bir daha vurğulamaq istəyirəm. Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə qarşı həyata keçirilən hücumlar günahsız mülki şəxslərin həyatını riskə atır və müharibənin genişlənməsi ehtimalını artırır. Oxşar hadisələrin təkrarlanmamasının vacibliyini bir daha açıq şəkildə xatırlatmaq istəyirəm”.

O bildirib ki, bölgədəki münaqişələr terror təşkilatlarının sui-istifadə edə biləcəyi bir mühit yaradır. Artan gərginlik eyni zamanda qlobal enerji təchizatının təhlükəsizliyini də risk altına qoyur. Humanitar, iqtisadi, enerji və təhlükəsizlik sahələrində zəruri tədbirləri böyük diqqət və həssaslıqla həyata keçiririk. Bölgədə olan vətəndaşlarımızın vəziyyətini də yaxından izləyirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!