29 Sentyabr 2024 09:00
2404
DÜNYA
A- A+
Haiti Fransadan təzminat tələb edir

Haiti Fransadan təzminat tələb edir


200 il əvvəl Port-o-Prens müstəqillik üçün Parisə 560 milyon dollar verib


Haiti Fransadan Parisin müstəmləkəçilik siyasətinin ölkəyə vurduğu zərərin ödənilməsini tələb edir. Bunu Karib hövzəsi dövlətinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil BMT Baş Assambleyasının iclasında deyib:  "1804-cü il yanvarın 1-də vətənimizin qurucu atası general Jan-Jak Desallin Haitinin müstəqilliyini elan edərkən insan hüquqlarına beynəlxalq status qazandırdı. Biz müstəmləkə nizamının və köləliyin aradan qaldırılması prosesini işə saldıq".

Fil qeyd edib ki, Haiti qaradərililərin dünyada birinci müstəqil ölkəsidir. O bildirib ki, tarixi ədalətsizlik ölkənin inkişafını ləngidib: "1825-ci ildə Haiti Respublikası müstəqilliyin tanınması müqabilində Fransaya böyük bir fidyə ödəməyə məcbur olub və bu, ölkəni yoxsulluğa sürükləyib".

Siyasətçinin vurğuladığı kimi, bu borc haitililərin köləlik buxovlarından xilas olduqları cəsarətin cəzasının bir növü olub. Bu, bir çox nəsillər üçün ölkənin potensialını boğan ədalətsiz cəza idi...

Haiti liderinin sözlərinə görə, onun ölkəsi ədalət axtarır: "Biz Parisi mənəvi və tarixi borcun tanınmasına və xalqımıza bu ədalətsiz keçmişin görünməz buxovlarından qurtulmasına imkan verəcək lazımi təzminatın həyata keçirilməsinə çağırırıq. Ödədiyimiz vəsaiti qaytarmağın vaxtı çatmayıbmı? Ölkəmiz bir sıra hökumətlər, eləcə də BMT-nin bəzi qurumları tərəfindən tanınma və keçmişdə dəymiş ziyanla bağlı reparasiyaların ödənilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində irəli sürülən təklifləri alqışlayır".

Şura sədri əlavə edib ki, Haiti müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrlə keçmiş müstəmləkəçi dövlətlər arasında dialoq mexanizminin yaradılması prosesində BMT-yə güvənir.

Haitidə təzminat məsələsi ilk dəfə deyil ki, qaldırılır. Bu ilin aprelində vətəndaş cəmiyyəti qruplarının yerli koalisiyası haitililərin əvvəlki borcunu qaytarmaq üçün Parisin Port-o-Prensə milyardlarla dollar təzminat ödəməli olduğunu bildirmişdi. 2022-ci ildə "The New York Times" qəzeti hesablayıb ki, haitililər azad yaşamaq üçün Fransaya bugünkü pulla təxminən 560 milyon dollar ödəyiblər.

 Qəzet yazır ki, bu məbləğ Haitidə qalsaydı, ölkə 21 milyard dollar qazana bilərdi.

Xatırladaq ki, Haiti aclıqdan, siyasi qeyri-sabitlikdən və təbii fəlakətlərdən əziyyət çəkən dünyanın ən kasıb ölkələrindən biridir.

2010-cu il yanvarın 12-də ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində  222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan evindən məhrum olub. 

Bundan sonra Haitidə ölümcül vəba epidemiyası baş verib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!