Gülənbər nənənin 104-cü baharı
Əliabad kəndinin qocaman sakini Gülənbər Mirmehdi qızının Novruz bayramını təbrik etməyə gedəndə həyət qapısında bizi oğlu Həmdulla qarşılayıb evin ikinci mərtəbəsinə dəvət etdi.
Səliqə ilə divar boyu düzülən səmənilər, gül dibçəkləri göz oxşayırdı. Gülənbər nənə bizi ayaq üstə qarşıladı. Salamlaşıb hal-əhval tutandan bir qədər sonra yaşadığı ömür yolundan qısa söz açdı. Dedi ki, 1915-ci ildə Lerikin Cəmaşair kəndində dünyaya göz açıb. Fayaz Cahangir oğlu ilə ailə həyatı qurandan sonra Əliabad kəndinə köçüb. Fayaz kolxozda mühasib işləyib, Gülənbər qız-gəlinlərə qoşulub payızda əkinçi, yayda biçinçi olub.
Həyat yoldaşı dünyadan tez köçüb. Bir oğlunu, iki qızını təkbaşına ərsəyə çatdırıb. Heç kəsə əl açmayıb, kimsənin payına şərik çıxmayıb. Övladlarına əllərinin qabarı, alnının təri ilə qazandığı halal çörək yedizdirib. Oğlunu evləndirib, qızlarını gəlin köçürüb.
Söhbətin bu yerində Gülənbərin kiçik qızı Mətanət xanım samovarı otağa gətirdi. Süfrəyə şəkərbura, paxlava, qoğal, səməni halvası qoyuldu, rənglənmiş yumurtalarla dolu nimçələr düzüldü. Söz sözü çəkdi, söhbət çərşənbələrdən, Novruz bayramından düşdü. Gülənbər nənə ötən illəri yada salıb dedi:
- Novruz əmin-amanlıq bayramıdır. Bayram gələndə kəndimizin oğlanları atları yəhərləyib çapardılar, qurşaq tutub güləşərdilər. Meydanda "Ənzəli”, "Çilədi”, "Qayışgötürdü” oynayardılar. Elə ki toran düşdü, əl-ələ verib "Yallı” gedərdilər. Qızların da öz oyunları var idi. Bir həyətə yığışıb ağacdan ip asıb növbə ilə yellənərdilər. Bayram günü səhərin gözü açılar-açılmaz üz tutardılar bulağa. Bardaqları, səhəngləri doldurardılar. Subay oğlanlar gözaltı seçməyə çıxardılar. Kəndimizdə gözəl Novruz adətləri var. Onlardan biri nişanlı qızlara bayram payı aparmaqdır. Bayram payında süddə yoğrulmuş külçə, əyirdək, səməni halvası, çərəzlər, qovrulmuş noxud, ağzına dəmir pul qoyulmuş balıq mütləq olmalıdır.
Ağbirçək sovet hökumətinin bayramı yasaq etməsindən də danışdı. Dedi ki, buna baxmayaraq o illərdə də bayramı şadyanalıqla keçirərdik. Qohumlara, qonum-qonşuya gözaydınlığı verməyə gedərdik, xonçalara əl uzadıb bayram təamlarından dadardıq. Ağbirçək Novruzu xalqımıza qaytaran ulu öndər Heydər Əliyevə ulu Tanrıdan ucadan rəhmət dilədi.
Gülənbər böyük bir ailənin sələfidir. 12 nəvənin, 25 nəticənin, 1 kötükcənin nənəsidir. Kötükcəsi Məmmədhüseynin 1 yaşı tamam olur. Xoşbəxt qocalığından çox razıdır. Dövlətdən pensiya alır. Bayramlarda, ad günündə yerli təşkilatın nümayəndələri ağbirçəyə baş çəkirlər. Nəvələrinin, nəticələrinin xoş sorağını eşidəndə ürəyi dağa dönür. İşsiz durmağa səbri çatmır. Toyuq-cücə saxlayır, ağaclara qulluq edir.
Xudahafizləşəndə arzularını soruşduq. "Allah bu xoş güzəranı əlimizdən almasın, Qarabağın işğaldan azad olunmasını gözləyirəm, o gün qurban kəsdirəcəyəm”, - dedi.
Biz də "müqəddəs arzudur, mütləq çin olacaq”, - dedik.
Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!