07 May 2024 13:22
1160
İDMAN
A- A+

Göygöldə cüdo üzrə Avropa Kuboku yarışları yüksək səviyyədə təşkil olunub FOTO

 

Mayın 4-də Göygöl Olimpiya İdman Kompleksində start götürən yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışları Azərbaycan komandasının möhtəşəm qələbəsilə başa çatıb. Turnirdə ev sahiblərindən başqa Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak ediblər. 
14 ölkədən 323 (209 oğlan, 114 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 14 (4 qızıl, 1 gümüş və 9 bürünc) medal qazanıb. Cüdoçularımız turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Məhəmmədəli Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Digər cüdoçularımızdan Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) isə bürünc medala yiyələniblər. 
Qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medala sahib çıxıblar.
Yarışların ikinci günündə isə Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.
Yekunda Azərbaycan yığması Avropa Kubokunun qalibi olub. Fransa yığması (2 qızıl, 4 gümüş, 4 bürünc) 2-ci, Türkiyə millisi (1 qızıl, 3 gümüş) isə 3-cü yeri tutub.
 Qeyd etmək lazımdır ki, həmişə olduğu kimi, Azərbaycanda təşkil olunan bu yarışlar da yüksək səviyyədə, hec bir insident olmadan,  idmançıların və qonaqların tam təhlükəsizliyi şəraitində, beynəlxalq idman xartiyasına uyğun şəkildə keçirilib.  
Burada xüsusilə vurğulanmalıdır ki, yarışda  yerli və xarici qonaqların, idmançıların və məşqçilərin təhlükəsizliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. 
Xarici qonaqlar və idmançılar arasında keçirilən sorğuda onlar İdarənin əməkdaşlarının fədakar əməyini və peşəkar davranışını xususi vurgulayaraq,  göstərdikləri köməkliyə və yaradılan  təhlükəsiz şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC əməkdaşlarının öz işlərinin öhdəsindən layiqincə gəldiyini Ukrayna, Fransa, Yunanıstan, Türkiyə və digər ölkələrin təmsilçiləri, həmçinin Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmayner və ACB-nin hakim-komissarı Nano Karvalyo da təsdiq ediblər.
K.Talıbov Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun yüksək səviyyədə keçirildiyini qeyd edib: “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə turnirlərdə öz bacarıqlarını artıra bilərlər”.
A. Qmayner də, öz növbəsində, turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara nümünəvi şəkildə evsahibliyi etməklə məşhur olduğunu qeyd edib. O bildirib ki, Göygöldə yeniyetmələr arasında Avropa Kuboku yarışlarında yeni gələcək ulduzlar parlayıb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video