01 İyul 2025 08:45
654
İQTİSADİYYAT
A- A+
Geri çəkilən Xəzər, irəli gələn təhlükələr

Geri çəkilən Xəzər, irəli gələn təhlükələr


Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla həm ekoloji, həm də iqtisadi baxımdan çox  mühüm əhəmiyyətə malikdir. Lakin son illər bu unikal dəniz- göl ciddi ekoloji problemlə - dayazlaşma ilə üzləşib. Dəniz səviyyəsinin sürətlə aşağı düşməsi sahilyanı ölkələr üçün ciddi təhlükələr yaradaraq ekosistemin tarazlığını pozur, iqtisadi fəaliyyətlərə və sosial rifaha mənfi təsir göstərir. 

Əgər Xəzərin tamamilə yoxolma ehtimalını göz önünə gətirsək, hansı fəlakətlərin baş verəcəyini təsəvvür etmək çətin deyil. Dənizin tamamən quruması regionda  yaşayan milyonlarla insanın gündəlik həyatına ciddi təsir edər, o cümlədən balıqçılıq sənayesinin çökməsinə səbəb olar. Eyni zamanda torpaqların duzlaşması artar, əkinçilik sahələri dövriyyədən çıxar. Bu isə ərzaq təhlükəsizliyini təhlükə altına qoyar.  Xəzərin itirilməsi regional iqlim dəyişmələrini də sürətləndirər. Odur ki, belə bir "ssenari"nin qarşısını almaq üçün dərhal effektiv tədbirlər görmək, davamlı su idarəçiliyi və ekoloji mühafizə işlərinə önəm vermək vacibdir.

Dayazlaşmanın müxtəlif səbəbləri var. Ən birincisi, qlobal iqlim dəyişmələridir. Bu, son illər Xəzər dənizinə öz təsirini çox güclü göstərir. Havanın orta temperaturunun artması və yağıntıların azalması nəticəsində buxarlanma sürətlənir, dənizə daxil olan suyun miqdarı azalır. Yeri gəlmişkən, qeyd edək ki, Xəzər dənizinə axan suyun təxminən 80 faizi Volqa çayından gəlir. Hazırda isə Volqanın da axın gücü xeyli  zəifləyib ki, bu da dənizin səviyyəsində azalmalara səbəb olur. 

Antropogen amillərə, yəni insan fəaliyyətinin təsirinə gəlincə, onu deyə bilərik ki, təbii resurslardan intensiv istifadə olunması da dayazlaşma prosesini sürətləndirir. Xüsusən kənd təsərrüfatında və sənayedə su ehtiyatlarının həddindən artıq istifadəsi, Volqa və digər çayların üzərində tikilmiş bəndlər və su anbarları dənizə daxil olan suyun miqdarını əhəmiyyətli dərəcədə azaldıb. Xəzərin dayazlaşması enerji sektorunun ekosistemə müdaxiləsi ilə də birbaşa əlaqəlidir. Neft-qaz enerji siyasətinin əsasını təşkil etsə də, dayazlaşmaya da təsirsiz ötüşmür. Hasilatla bağlı aparılan dəniz əməliyyatları, suyun təbii axın rejiminə və ekosistemə təsir edərək Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə şərait yaradır, sualtı geoloji strukturların dəyişməsinə səbəb olur. 

Hələ 2023-cü ilin oktyabr ayında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirmişdi ki, son 10 ildə dənizin səviyyəsi 114, son 5 ildə isə 69 santimetr aşağı enib. Hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir. Bu səviyyə tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi təxminən 2,5 metr azalıb və son illərdə illik azalma 20-30 santimetrə çatıb. Əgər bu tendensiya davam edərsə, yaxın 10-15 ildə Xəzər dənizinin səviyyəsinin daha da azalması qaçılmaz olacaq. Bütün  proseslər dənizin dibində geoloji vəziyyətin dəyişməsinə, bəzən də təbii fəlakətin baş verməsinə yol açır. Belə halda suda yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və suitilər təhlükə altına düşür. 

Xəzərin səviyyəsinin aşağı düşməsinə səbəb olan amillərdən biri də buxarlanmadır. Buxarlanma suyun səthindən atmosferə keçən su buxarının miqdarıdır və bu proses dəniz səviyyəsinin azalmasında əsas amillərdən sayılır. İqlim dəyişmələri, yüksək temperatur və küləklər buxarlanmanın sürətini artıraraq dənizin su ehtiyatlarını tədricən azaldır. Xüsusən yay aylarında buxarlanmanın artması dəniz səviyyəsində kəskin azalmaya səbəb olur. Mütəxəssislər deyirlər ki, buxarlanmanın artması dənizdə duz konsentrasiyasının yüksəlməsinə gətirib çıxarır ki, bu da suyun kimyəvi tərkibini dəyişir və canlıların yaşaması üçün əlverişsiz şərait yaradır. Eyni zamanda buxarlanma ilə suyun azalması sahilboyu ekosistemlərdə torpağın qurumasına, bitki örtüyünün zəifləməsinə və ətraf mühitdə digər mənfi dəyişmələrə səbəb olur.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatında qeyd olunub ki, Xəzər dənizində su səviyyəsinin azalması dənizin unikal ekosistemini təhdid edir və bunun qarşısını almaq üçün qlobal iqlim siyasəti ilə yanaşı, regional tədbirlər də zəruridir. Bu günlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bu məsələyə də toxunaraq vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır: "Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya hökuməti Azərbaycan hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək". 

Problemin həlli üçün birgə monitorinq, məlumat mübadiləsi və ekoloji problemlərin həyata keçirilməsi, su itkisini azaldan texnologiyaların tətbiqi, sahil zolaqların qorunması, süni su hövzələrinin yaradılması kimi tədbirlərin həyata keçirilməsi zəruridir. Xəzər hövzəsinə daxil olan çayların, xüsusən Kür, Araz və digər əsas su mənbələrinin su axını nəzarət altına alınmalı, suyun səmərəli istifadəsi təmin edilməlidir. Çayların suyunun həddindən artıq istifadəsinin və çirklənməsinin qarşısı alınmalıdır. Suvarma texnologiyalarının yenilənməsi, eləcə də  suya qənaət edən kənd təsərrüfatı üsullarının tətbiqi də iqlim dəyişmələri nəticəsində yaranan buxarlanma və su itkisini azaltmaq üçün qabaqlayıcı tədbirlərdəndir. 

Bunlardan əlavə, neft hasilatı və digər sənaye fəaliyyətləri zamanı yaranan çirklənmənin qarşısı alınmalı, tullantıların dənizə axıdılması minimuma endirilməlidir. Ən əsası isə Xəzəryanı ölkələr arasında ekoloji əməkdaşlıq gücləndirilməli, ortaq layihələr həyata keçirilməli, su ehtiyatlarının idarə olunması və dənizin qorunması üçün birgə strategiyalar hazırlanmalıdır. Mütəmadi olaraq  dənizin qorunması ilə bağlı maarifləndirmə işləri aparılmalı, KİV-də, sosial mediada bu mövzunu əhatə edən yazıların, proqramların sayı artırılmalıdır. Bu tədbirlər sistemli və koordinasiyalı şəkildə həyata keçirilərsə, Xəzərin səviyyəsinin  azalmasının qarşısını almaq və ekosistemin bərpasına nail olmaq mümkündür.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycvan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!