15 Sentyabr 2025 14:35
772
İQTİSADİYYAT
A- A+
Geosiyasi mübarizədə neftin mühüm rolu var  

Geosiyasi mübarizədə neftin mühüm rolu var  


Finlandiyada fəaliyyət göstərən CREA (Centre for Air) analitik mərkəzinin hesabatında bildirilir ki, ABŞ-ın Rusiyaya qarşı bəyanat və tənqidlərinə, eləcə də müxtəlif sanksiyalar tətbiq etməyinə baxmayaraq bazarın neft və neft məhsullarına olan tələbatının xeyli hissəsi Rusiya nefti hesabına ödənilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa dövlətləri Rusiyadan neft və qaz almaqdan imtina etdikdən sonra bu bazarın əsas alıcısı qismində Çin və Hindistan çıxış etdilər.

AZƏRTAC xəbər verir ki, Hindistanın “Relance İndustries” kompaniyası daha çox neft alaraq öz zavodlarında emal etməyə başlayıb. Nəinki Hindistanın, eləcə də dünyanın ən varlı adamlarından biri olan milyarder Mukeş Ambinə məxsus olan bu şirkət 2025-ci ilin ötən dövrü ərzində ABŞ-a 1,4 milyard dollar dəyərində neft və neft məhsulları satıb.

Avropanın Macarıstan və Sloveniya kimi dövlətləri də Rusiyadan neft və neft məhsulları almaqda davam edir. Macarıstanın Baş naziri Viktor Orban ilə Sloveniyanın Baş naziri Robert Fitso hər fürsətdə ABŞ Prezidenti Donald Trampı tərifləməklə, onun qlobal siyasətdəki fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı Rusiya Prezidenti Vladimir Putin ilə də yaxın əlaqələr saxlayıb ucuz qiymətə neft alırlar. Bu amillər dünya bazarında neftin qiymətinə təsir etməklə yanaşı, Ukraynada müharibəni davam etdirmək üçün rəsmi Moskvaya əlavə imkanlar yaradır.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilk növbədə neft ixrac edən ölkələrin dövlət büdcəsinə mənfi təsir göstərir. Bu gün dünya bazarında neftin qiymətinin aşağı düşməsi Rusiyanın dövlət büdcəsində 15 faiz kəsir yaradıb. Rusiya üçün bu faizin miqdarı çoxdur. Büdcə kəsirini azaltmaq üçün dövlət müxtəlif cərimələri artırmaq və yenilərini tətbiq etmək, sosial müavinətlərin miqdarını azaltmaq, iş yerlərini ixtisara salmaq və s. bu kimi ictimaiyyətdə heç də rəğbətlə qarşılanmayan addımlar atmaq məcburiyyətində qalır. Oxşar vəziyyət İranda, Venesuellada, Afrikanın bir sıra neft ixrac edən dövlətlərində də müşahidə olunur. Lakin ən çox neft hasil edən ərəb ölkələri dünya bazarında neftin qiymətindən asılı olamayaraq, heç bir zaman büdcə kəsiri ilə qarşılaşmırlar. 1940-cı illərdən neft hasilatına başlayan Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici investisiya, yeni texnologiyalar və turizmi inkişaf etdirməklə neft asılılığından azad olublar.

“Forbes” jurnalının cari ildə dərc olunan 4-cü sayında yazır ki, BƏƏ yaxın 10 il ərzində ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırmağı planlaşdırıb. Nəzər çatdırmaq lazımdır ki, ABŞ-a yatırılan sərmayə hər il ərəb ölkələrinə milyardlarla dollar həcmində gəlir gətirir. Neft gəliri hesabına turizmi də inkişaf etdirmələri ərəb ölkələrinin büdcə gəlirlərini şaxələndirib. Bu gün Əbu-Dabi, Dubayın, Dohanın dünya turizm mərkəzinə çevrilməsi heç kimə sirr deyil.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iri həcmdə neft gəlirləri böyük siyasi ambisiyaların yaranmasına, münaqişə və müharibələrin başlamasına səbəb olur. Eyni zamanda, neft geosiyasi mübarizə predmetinə də çevrilib. Hazırda Yaxın Şərq regionunda baş verən proseslər neft amili ilə sıx bağlıdır.

Azərbaycan da neft istehsal və ixrac edən ölkələrdən biridir. Yeni dünyanın aktual problemlərini nəzərə alan rəsmi Bakı neft gəlirləri hesabına olduqca səmərəli və iqtisadi inkişafa təkan verəcək beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail olub. Dünya Bankının “Dainy Business” hesabatında infrastruktura yatırılan sərmayəyə görə Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb ki, bu da çox yaxşı nəticədir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna, Orta Dəhliz və onun əsas seqmenti olacaq Zəngəzur dəhlizinə sərmayə yatırmaqla, Cənub Qaz Dəhlizini tikib Avropaya qaz ixrac etməklə büdcə gəlirlərini şaxələndirib.

COP29-u uğurla keçirən Azərbaycan alternativ enerji mənbələrinin inkişafına da diqqət yetirir. İşğaldan azad olunan Qarabağda, Naxçıvanda, Xəzərin Azərbaycan sektorunda günəş və külək enerji stansiyaları inşa edilir.

“Yaşadığımız əsrin sonlarında alternativ və ekoloji təmiz enerji istehsalına yatırılan investisiyaların həcmi 50 faiz artaraq 2 trilyon dollara çatacaq. Lakin bu neftin əhəmiyyətini qətiyyən azaltmayacaq”, - deyə Beynəlxalq Enerji Agentliyinin 2024-cü ildəki hesabatında bildirilir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Heysəm əl-Qays bu günlərdə təşkilatın yaradılmasının 65-ci ildönümü ilə əlaqədar qurumun saytında dərc etdirdiyi məqaləsində yazıb ki, 2050-ci ilə kimi əhalinin artım tempi və ölkələrin iqtisadi inkişafı ilə əlaqədar dünyada neftə olan gündəlik tələbatın həcmi 123 milyard barelə çatacağı gözlənilir. Təşkilatın “OPEC World Oil Outlook 2025” adlı icmalında deyilir ki, bu gün dünyanın bir sıra regionlarında yaşayan insanlar üçün enerji əlçatan deyil. Enerji təhlükəsizliyi hər kəs üçün əhəmiyyətli faktor olaraq qalır və neft olmadan enerji təhlükəsizliyinin təmin olunması ağlasığmazdır.

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişə düzəliş edilib və müddəti 2050-ci ilə kimi uzadılıb. Bununla da Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faizə yüksəlib ki, bu da sazişin ölkəmiz üçün uğurlu olduğunu deməyə əsas verir. Sazişin müddətinin uzadılması da təsadüfi xarakter daşımır. Beynəlxalq ekspertlərin rəyinə görə neft dünya bazarında hələ 100 il mühüm rol oynayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!