10 Avqust 2025 08:20
539
SİYASƏT
A- A+
Genişlənən Azərbaycan-ABŞ əməkdaşlığı regionda sülhün bərqərar olmasına etibarlı zəmin yaradır

Genişlənən Azərbaycan-ABŞ əməkdaşlığı regionda sülhün bərqərar olmasına etibarlı zəmin yaradır


Keçmiş Sovet imperiyası süquta uğradıqdan sonra gərgin keçən mübarizələrdən sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Zaman keçdikcə gücünü, qüdrətini artıran Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa başladı. 

Azərbaycan müstəqilliyinin ilk illərindən dünyanın nəhəng, qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə də qarşılıqlı maraqlar çərçivəsində əlaqələr qurmağa başladı. Xatırladaq ki, Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-də səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycanda səfirliyi isə 1992-ci ilin noyabrında açılmışdır. 

Azərbaycan-ABŞ münasibətlərinin 33 illik tarixi son dərəcə mühüm, yaddaqalan hadisələrlə zəngindir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dünya dövlətləri ilə əlaqələri daha da gücləndi. İlk olaraq Azərbaycanla ABŞ arasında energetika sahəsində işbirliyinin təməli qoyuldu. Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ABŞ və digər xarici ölkələrin aparıcı şirkətlərinin iştirakı ilə istismarı sahəsində aparılan danışıqlar uğurla başa çatdı, "Əsrin müqaviləsi" imzalandı. 

Yeni əsrin başlanğıcından - 2003-cü ildən Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq istiqamətində daha sürətlə inkişaf etməyə başladı.  İlham Əliyev xalqın yüksək etimadını qazanaraq, dövlət başçısı seçiləndən sonra iki ölkə arasındakı əlaqələr daha da genişləndi. Bu, daha çox beynəlxalq terrorizmə qarşı birgə mübarizədə özünü göstərdi. Dünyamızı rahatsız edən bu sahədə iki ölkə arasında əməkdaşlıq 11 sentyabr 2001-ci il terror aktlarından sonra ABŞ-nin liderliyi ilə Əfqanıstanda keçirilən antiterror əməliyyatında özünü daha qabarıq nümayiş etdirdi. Ölkəmiz həm hərbçilərinin iştirakı ilə, həm də tranzit ölkə kimi bu vacib əməliyyatı fəal şəkildə dəstəklədi. Vaşinqton Bakının terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyi layiqincə qiymətləndirdi. 

D.Tramp administrasiyası dövründə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq, siyasi, iqtisadi və mədəni əlaqələr sıx şəkildə davam edir. Son zamanlar aydın şəkildə müşahidə olunur ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər ənənəvi sahələr üzrə inkişaf etməklə yanaşı, həm də keyfiyyətcə yeni - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bunu daha çox Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna böyük önəm verdiyini müşahidə etmək mümkündür. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrə qarşılıqlı maraqların artması iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsinə güclü təkan verir. 

Xatırladaq ki, Donald Tramp birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə böyük önəm vermişdi. Artıq tarixə qovuşmuş həmin illərdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçməsi üçün əsaslı zəmin yaradır. İkitərəfli əlaqələrin daha da inkişafı üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bütün bu amillər isə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə gedən yollarda yaşıl işıq yandırır.

Ölkəmiz həmişə ABŞ ilə münasibətlərə böyük önəm verib, əlaqələrin daha da genişlənməsinə böyük maraq göstərib. Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-də keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdir.

Donald Trampın yenidən prezident seçilməsindən sonra dövlət başçıları arasında aparılan telefon danışığı və məktub mübadiləsi münasibətlərin yalnız rəsmi deyil, həm də şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə avqustun 8-də etdiyi tarixi səfəri bu dialoqun yeni müstəviyə keçdiyini və artıq konkret nəticələr verdiyini bütün dünyaya göstərdi. Diqqəti daha çox cəlb edən o oldu ki, liderlərin yüksəksəviyyəli dialoqu ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da dərinləşməsinə əlverişli zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə, ən əsası Cənubi Qafqazda uzun zamandan bəri  gözlənilən və ehtiyac duyulan sülhün bərqərar olacağına böyük zəmin yaratdı. Bu baxımdan Prezident İlham Əliyevin Vaşinqton səfəri regional sabitlik və qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanması Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin tamamlanması ilə yanaşı, regionda bizim Zəngəzur dəhlizi adlandırdığımız "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından böyük tarixi əhəmiyyətə malikdir.

Səfər çərçivəsində həmçinin Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. Qarşılıqlı əlaqələrin inkişaf səviyyəsinin daha da yüksəldiyi Azərbaycan-ABŞ münasibətləri regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün etibarlı zəmin yaradacaq. İmzalanan tarixi sənədlər Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək, quruculuq işlərinə təkan verəcək. Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olunmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. 

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində dönüş nöqtəsi kimi yadda qalacaq. Bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi səfəri ilə əsası qoyulmuş etibarlı tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində xeyli uğurlar əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə bu tarixi səfəri əvvəlki illərdə qazanılmış uğurların davamıdır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!