04 Avqust 2024 09:30
767
CƏMİYYƏT
A- A+
Gənclər dövlətin etimadını doğrultmağa çalışırlar 

Gənclər dövlətin etimadını doğrultmağa çalışırlar 

 

Bu gün gənclərin sağlam böyüməsinə, yaxşı təhsil almasına, dünyagörüşünün artırılmasına və idarəetmə qurumlarında fəaliyyətinə dövlətin dəstəyi yüksək səviyyədədir. 
Bu gün gənclərimiz - idmandan tutmuş Vətən müharibəsinə qədər həyatın bütün sahələrində qazandıqları uğurlara, nailiyyətlərə və tarixi qələbələrə görə qürur, iftixar mənbəyinə çevriliblər. Elə bu günlərdə Fransada keçirilən XXXIII Paris Yay Olimpiya Oyunlarında Azərbaycan gəncliyinin nümayəndələri - cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev parlaq qələbələri ilə Vətənə Azərbaycan boyda sevinc yaşatmışlar.
44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Gənclərimiz Vətən müharibəsindən şərəflə çıxdılar, dövlət başçısının etimadını layiqincə doğrultdular. Onların hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdilər. Bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu bir daha göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Şəhidlərimizin xatirəsi hər zaman böyük ehtiramla anılır. Bütövlükdə, bu müharibədə gənclərimiz tarix yazdı. 
Bu məqamda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözləri xatırlamamaq mümkün deyil: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq".
Ulu Öndərin tövsiyələrini özlərinin həyat amalına çevirən Azərbaycan gəncləri onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onlar ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsində, intellektual səviyyəli potensial kadr hazırlığında, dövləti idarəetmə qurumlarında aparıcı qüvvəyə çevrilmişlər.
Hazırda bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlıq görülür. Azərbaycan gəncləri qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaqlarını qarşıya məqsəd qoymuşlar. Odur ki, bir sıra ali məktəblərdə COP29-la bağlı "yaşıl könüllülər" layihələrinə start verilib, bu adla müxtəlif qruplar yaradılır, proqramlar icra olunur. Ölkəmizdə gənclərdən ibarət könüllülər ordusu mövcuddur. Onlar ölkəmizdə keçirilən qlobal tədbirlərdə dəfələrlə iştirak ediblər. Həm ali məktəblərdə formalaşdırılmış, həm də müxtəlif sahələri təmsil edən tələbə-gənclər könüllü olaraq bu sahədə böyük təcrübə qazanıblar. Ekspertlər hesab edirlər ki, ali məktəb tələbələri COP29 tədbirində könüllü kimi öz töhfələrini verəcəklər. Çünki elə bir ali məktəb yoxdur ki, orada COP29 öncəsi işlər aparılmasın və tələbələr bu prosesə səfərbər olunmasın. İnam var ki, Azərbaycan könüllüləri onlara olan etimadı COP29-da yüksək səviyyədə doğruldacaqlar. Artıq bir çox ali təhsil müəssisələrində tələbələrə COP29-la bağlı müvafiq məlumatlar verilir. Digər tərəfdən, bu beynəlxalq tədbirlə əlaqədar bilgiləri onlar həm kütləvi informasiya vasitələrindən, həm də ali məktəblərdə tədris edilən dərslər zamanı öyrənirlər. Həmçinin müəyyən seminarlar təşkil edilir.
Bu gün gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır.
Dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə ölkəmizdə 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Gəncliyimiz azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. 
Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Burada məqsəd, yeni düşüncəli, milli ruhlu, vətənpərvər gənclik formalaşdırmaq, dövlət idarəçiliyini yüksəkixtisaslı kadrlarla təmin etməkdir. Dövlət başçısının fərman və sərəncamlarına əsasən, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də zəruri tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu yüksək etimada və etibara cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə səylə çalışır, öz siyasətində onlara arxalanan dövlət başçısının etimadını həmişə yüksək səviyyədə doğrultmağa çalışırlar. 

Rəhman SALMANLI,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında

01:11
23 May

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:10
23 May

T.T.Məcidovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:09
23 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:09
23 May

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:07
23 May

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:07
23 May

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:06
23 May

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:05
23 May

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında

01:03
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:02
23 May

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 18 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

01:01
23 May

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
23 May

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2025-2026-cı tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

00:59
23 May

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

23:31
22 May

Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etmə öhdəliyi götürmək barədə imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub  

21:28
22 May

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır

21:00
22 May

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib  

19:57
22 May

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

19:36
22 May

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

18:55
22 May

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  

18:54
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!