24 Noyabr 2023 10:00
976
SİYASƏT
A- A+
Gənclər bu günümüzün, sabahımızın qürur və iftixar mənbəyidir

Gənclər bu günümüzün, sabahımızın qürur və iftixar mənbəyidir

 

Şahidi olduğumuz, gördüyümüz, oxuduğumuz bütün qəhrəmanlıqlar, igidliklər Vətənin azadlığı uğrunda  göstərilir. Amma igidliyi, şücaəti heç də hamı bacarmır. Təsadüfən deyilməyib ki, mübarizə meydanı cəsurların yeridir. Döyüşlər zamanı qəhrəmanlığı yalnız və yalnız ürəyində, qəlbində Vətən sevgisi, Vətən məhəbbəti olan insanlar göstərirlər. Vətən məhəbbəti, vətənpərvərlik tərbiyəsi isə zaman-zaman yaranır. Əsl vətəndaş vətənpərvər olmalıdır.
"Azərbaycanın gələcəyi gənclərə məxsusdur" deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərəfli inkişafına imkanlar açan zəruri tədbirlər həyata keçirmiş və bunun da nəticəsində müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlayacaq gənc nəsil yetişmişdir. Ulu Öndər gəncliyə əminliyini bu dəyərli sözlərlə ifadə etmişdir: "Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir".
Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna xidmətləri vardır. Ümummilli Lider hər bir azərbaycanlının bu hisslərlə yaşamasını daim önə çəkərək deyirdi: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".
Azərbaycançılıq ideologiyasını dövlətçiliyin başlıca ideoloji xətti bilən Heydər Əliyev əvəzolunmaz tarixi bir şəxsiyyət olub - respublikamız SSRİ-nin tərkibində olanda da, dövlət müstəqilliyi bərpa edildikdən sonra da. Hələ sovetlər dönəmində azərbaycanlı çağırışçılar ordunun əsasən xidmət hissələrində qulluq edirdilər. Bu, gənclərin hərbi bilikləri mənimsəmə prosesindən məqsədyönlü şəkildə uzaqlaşdırılması demək idi. Belə bir vəziyyət xalqını sevən, onun qəhrəmanlıq tarixinin unudulmamasını istəyən Ümummilli Lideri ciddi narahat edirdi. Bu narahatlıq sovetlər dönəminin hərbi xidmət siyasətində ciddi dəyişiklik yaratdı - azərbaycanlı gənclərin də digər hərbi hissələrdə xidmətə aparılmasına başlanıldı. 
Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olmuşdur. Bütün fəaliyyəti dövründə Ulu Öndər öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edən gənclərə hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər vermişdir. Hələ sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün kursantlarımızın təhsil aldıqları hərbi məktəbin əsası 1971-ci ildə Ümummilli Liderin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi hazırlamışdır. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirənlərin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu vardır. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar həm Birinci, həm də İkinci Qarabağ müharibələrində böyük hünər göstərmişlər. 
Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhrəmanlıq tarixi, ölkənin müasir inkişaf göstəriciləri gənclərdə Vətən sevgisini formalaşdıran amillərdir. Hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin vətənpərvərlik tərbiyəsindən asılıdır. Gənclərin ideoloji baxımdan yüksək hazırlığı düşünülmüş ardıcıl gənclər siyasətinin müsbət nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti öz əməli nəticəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq şəkildə göstərdi. Həmin il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna cəbhəboyu əks-hücum haqqında əmr verdi. Həm hərb meydanında, həm də informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalq, ordu və Ali Baş Komandan birliyi fonunda çox  mühüm tarixi qələbələr qazanıldı. Gəncliyimizin coşub-daşan vətənpərvərlik hisslərinin nəticəsində Azərbaycanın mədəniyyət ocağı Şuşa şəhəri, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur  erməni işğalçılarından azad olundu. Ərazi bütövlüyümüz tam bərpa edildi.  
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də mühüm işlər aparılır, uğurlu layihələr həyata keçirilir. Qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub yaşadır. Vətənpərvər hissləri güclü olan gənclərimiz xalqımıza Zəfər sevinci yaşatdılar. Gündən-günə gücünü, bacarığını, Vətən sevgisini artıran gənclərimizin uğurları, zəfərləri davamlı olacaq. Əminliklə deyə bilərik ki, gənclər bu günümüzün və sabahımızın ixtixar və qürur mənbəyidir.   

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

11:19
04 Oktyabr

ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı

11:12
04 Oktyabr

Avropanın Rusiyaya ehtiyacı var 

11:05
04 Oktyabr

Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var

11:03
04 Oktyabr

Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib

10:46
04 Oktyabr

İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır

10:36
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!