09 Sentyabr 2025 08:35
378
CƏMİYYƏT
A- A+
Gəncədə III MDB Oyunlarına hazırlıq işləri başa çatmaq üzrədir

Gəncədə III MDB Oyunlarına hazırlıq işləri başa çatmaq üzrədir


Məlum olduğu kimi, sentyabrın 28-də  Azərbaycanda keçiriləcək III MDB Oyunları Gəncədə start götürəcək. Həmin mötəbər yarışlara rəsmi "GERİ SAYIM" mərasimi də keçirilmiş,  yarışların maskotları-Bəbir və Leyla da geniş ictimaiyyətə təqdim olunmuşdur.   

III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində həyata keçirilən  genişmiqyaslı abadlıq və tikinti işlərində son tamamlama işləri görülür. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən hazırlıq işləri çərçivəsində şəhərin küçə və prospektləri asfaltlanmış, çoxmənzilli və fərdi  yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, hasarları təmir olunmuş, şəhərdəki park və xiyabanlar abadlaşdırılmışdır. Bütün bu işlər Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyi, "Bakı Abadlıq Xidməti" MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

Qeyd edək ki, görülən işlər çərçivəsində 40 küçədə 238093 kvadratmetr sahədə asfalt örtüyü yenilənmiş, 4 çoxmənzilli yaşayış binasında 16895 kvadratmetr sahədə fasad təmir edilmişdir. Şəhərin 4 mərkəzi prospekt və küçəsində 8000 kvadratmetr sahədə avtomobil yolunda daş örtükləri təmir edilmişdir. Bundan başqa, 7 küçədə 6100 poqonometr hasar və istinad divarlarında yenilənmə işləri aparılmış, 5 küçədə 5942 kvadratmetr sahədə kərpiç hasar təmir olunmuşdur. Şəhərdəki yeraltı keçidlərin təmiri də uğurla aparılmışdır. Belə ki, 3 yeraltı keçidə mərmər üzlüklər vurulmuşdur. Şəhərin görkəminə yaraşıq verən monitorların əsaslı təmiri aparılmış,  100 kvadratmetr ölçüdə  bir ədəd yeni monitor quraşdırılmışdır.        

Məlum məsələdir ki, III MDB Oyunlarının keçirildiyi  ərəfədə qonaqların mənalı istirahəti üçün müxtəlif tədbirlər də həyata keçiriləcək. Bu baxımdan Hacıkənd qəsəbəsində bir sıra yenidənqurma işləri həyata keçirilmişdir. Qəsəbədə yerləşən "Nizami Gəncəvi-Sələflər və Xələflər" parkında 3680 kvadratmetr sahədə təmir işləri görülmüş, 1730 kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır.

III MDB Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tərəfindən 43 daxili küçə və prospektlərdə 843000 kvadratmetr sahədə əsaslı təmir işləri aparılmışdır. İctimai nəqliyyatın hərəkət marşrutu üzrə şəhərin 41 daxili küçə və prospektində 185000 kvadratmetr sahədə əsaslı təmir işləri görülmüşdür.

Gəncənin bu mötəbər yarışlara hazırlıq işlərində "Bakı Abadlıq Xidməti" MMC də fəal iştirak edir. Belə ki, MMC tərəfindən 637 yaşayış və qeyri-yaşayış binasında ümumilikdə 101289 kvadratmetr fasad təmir edilmişdir. 1159 binada 198865 kvadratmetr sahədə dam örtüyü yenilənmiş, 49 küçədə işıqlandırma işləri çərçivəsində 101455 poqonometr kabel xətti çəkilərək 2485 ədəd işıqlandırıcı quraşdırılmışdır. 

Şəhərin yaşıllıq əraziləri də xeyli genişləndirilmişdir. Belə ki, ümumi sahəsi 175900 kvadratmetr olan 5 parkda əsaslı təmir işləri aparılmışdır. 10497 ədəd  müxtəlif ağac və gül kolları əkilmişdir.

Şəhərə gözəllik verən fəvvarələrin təmiri də diqqətdən yayınmamışdır. Qısa vaxt ərzində 24 ədəd fəvvarə təmir edilərək istifadəyə verilmişdir. 

Gəncə şəhər stadionu isə ayrıca qeyd edilməlidir. Oyunların açılış mərasiminin keçiriləcəyi şəhər stadionunda isə işlər demək olar ki, başa çatmışdır. Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamına əsasən, inşa edilən bu möhtəşəm idman qurğusunun ərazisi 10 hektardır və UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun tikilmişdir. Tamaşaçı tutumu 15 min 464 nəfər olan stadion hər cür şəraitlə təmin edilmişdir. 

Qeyd edək ki, hazırda qədim Nizami yurdu əsl inşaat meydançasını xatırladır. Hara baxırsan, yenidənqurma işlərinin şahidi olursan. Hamı çalışır ki,  III MDB Oyunları yüksək səviyyədə keçsin və bütün qonaqlar Gəncədən xoş təəssüratla qayıtsınlar. Görülən hazırlıq işləri isə onu deməyə əsas verir ki, bu oyunlar uzun müddət xatirələrdə yaşayacaq.  


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!