16 Fevral 2025 09:05
1029
Mədəniyyət
A- A+
Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub


Şəhər icra hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, eləcə də şəhərdə fəaliyyət göstərən təhsil ocaqlarınn müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi və 13 saylı körpələr evi-uşaq bağçası tərəfindən hazırlanan sərgiyə baxmışlar. Sonra ŞİH-in başçısı Niyazi Bayramov çıxış edərək kitab oxumağın hər yaşda lazım və vacib olduğunu bildirmiş və diqqətə çatdırmışdır ki, mütaliə ilə məşğul olmaq insanın söz ehtiyatını çoxaldır, zehnini möhkəmləndirir, ünsiyyət bacarığını artırır. Elçin Kərimov və Bayram Aslanov da çıxışlarında gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib olduğunu qeyd etmiş, uşaqları kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə çağırmışlar.

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edildikdən sonra nailiyyətləri ilə seçilən şagirdlərə kitablar hədiyyə olunmuşdur.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!