14 May 2022 00:59
664
CƏMİYYƏT
A- A+

Gəncədə 13 mehmetçikin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

 

Gəncədə Qafqaz İslam Ordusunun 1918-ci il iyulun 11-də Gəncədə qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa ediləcək abidənin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Ege Universitetinin rektoru, professor Necdet Budak, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tarixən Türkiyə və Azərbaycan daim bir-birinin yanında olmuş və ən ağır günlərdə belə qardaş dəstəyini əskik etməmişlər: "44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə möhtəşəm zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu. Bu gün Qafqaz İslam Ordusunun 1918-ci ilin iyulunda Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərinin əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir". 

Zeki Öztürk isə çıxışında söyləyib ki, Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. "Qafqaz İslam Ordusunun Azərbaycanın ağır vaxtında ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Məhz buna görə Nuru Paşanın ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərk-silah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 11 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid oldular", - deyən konsul bildirib ki, həmin ərazidə ucaldılacaq möhtəşəm abidənin təməlqoyma mərasimi hər birimiz üçün çox böyük tarixi hadisədir.

Sonra Niyazi Bayramov və Zeki Öztürk 13 qəhrəman mehmetçikin xatirəsinə inşa ediləcək abidənin təməlini qoyub və bununla bağlı sənəd imzalayıblar.                                                                   

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video