26 Aprel 2024 13:08
232
DÜNYA
A- A+

"Batmobile"a bənzər konsept elektromobil təqdim edilib

 

“Pekin” avtosalonunda bir çox şirkət həm istehsal, həm də konsept avtomobillərini təqdim edir. Bu şirkətlərdən biri olan “Italdesign” “Quintessenza Concept” adlı elektrik avtomobilini təqdim edib.
“İnsan və təbiət arasındakı əlaqənin təcəssümü” kimi təsvir edilən avtomobil, həm də şirkətin 50 ildən artıq təcrübəsini əks etdirir. Dizaynı olduqca qeyri-adi  və üç elektrik enerji blokuna sahib olan elektromobil iki qapılı olmasına baxmayaraq, 3240 mm-lik təkər bazası ilə çox böyük bir quruluşa malikdir. Avtomobil incə LED fənərləri və mərkəzdə yerləşən kiçik şaquli işıq diodları ilə təəccüblü dizayna malikdir.
Dördqapılı sedan kimi uzunluğu 5561 mm, eni 2200 mm və hündürlüyü 1580 mm olan avtomobilin başqa bir maraqlı xüsusiyyəti isə baqaj qapağının, hətta demək olar ki, bütün arxa hissəsinin açıla bilən olmasıdır. Avtomobilin arxa oturacaqları da arxaya çevrilə bilir. Yuxarıya doğru açılan qapılara üstünlük verilən elektromobilin ön hissəsi mərmər əsaslı örtüklə örtülmüşdür. 150 kVt/saat akkumulyatora malik avtomobilin güc bloku 778 at gücü hasil edə bilir və 0-dan 100 km/saat sürətə 3 saniyədən az vaxtda çatmağa imkan verir.
Avtomobilin maksimum qət edə biləcəyi məsafənin 750 kilometr olduğu bildirilir. Digər tərəfdən, bu performans meyarlarını sınaqdan keçirmək mümkün deyil, çünki konsept elektromobil istehsala girməyəcək.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video