13 Aprel 2025 09:10
1562
Mədəniyyət
A- A+
Gənc muğam ifaçısı

Gənc muğam ifaçısı


Azərbaycan musiqi mədəniyyətinin işıqlı gələcəyinin təminatçısı olan  gənclərimizdən biri də "İlin Gənci" mükafatına layiq görülmüş Yusif Cəfərbəylidir. 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mövcud ənənələr zəminində daha da təkmilləşdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən  gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinə etibarlı zəmin yaradır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Belə gənclərimizdən biri də, qeyd etdiyimiz kimi, Gənclər Günü münasibətilə "İlin Gənci" mükafatına layiq görülmüş Yusif Cəfərbəylidir. Xalqımızın milli-mədəni  irsini yaşadanlardan və inkişaf etdirənlərdən biri olan Yusif hələ orta məktəb illərindən musiqiyə, muğam sənətinə böyük maraq göstərib. Bu zaman  həm də Bakı şəhəri, Niyazi adına 22 saylı Musiqi məktəbinin əvvəlcə tar, sonra xanəndəlik siniflərində oxuyub. Məktəb özfəaliyyət dərnəyinin üzvü kimi tədbirlərdə və bayram şənliklərində ifaları sevilərək qarşılanıb. O illərin ən yaddaqalan anlarından biri də Yusif musiqi məktəbinin son sinfində oxuyarkən respublika Elm və Təhsil Nazirliyinin və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin (2016) birgə təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqədə "Nizami yaradıcılığı və musiqi" nominasiyasına "N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası"na görə layiq görülməsidir.

Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsində  dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışdır. Universitetin ictimai-mədəni tədbirlərinin iştirakçısı, habelə təhsil ocağının nəzdində fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri olmuşdur. O, tələbə-gənclərin boş vaxtlarının səmərəli keçməsində və onların əsl vətənpərvər kimi cəmiyyətə inteqrasiya olunmasında əlindən gələni etmişdir. Universiteti müvəffəqiyyətlə bitirən Yusif Cəfərbəyli  daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura təhsili almışdır.

O, ali təhsilini başa vurduqdan sonra 2023-2024-cü illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əslən laçınlı olan Yusif sıravi sərhədçi əsgər olaraq təlim məşqlərində  komandirlərinin tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirməklə yanaşı, 2024-cü il ərzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgələrində bədii proqramların təşkilatçısı olmuşdur.

Vətən borcunu ləyaqətlə yerinə yetirdikdən sonra Y.Cəfərbəyli ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatının da fəal iştirakçısı olub. Təsadüfi deyil ki, Yusif Cəfərbəyli 2019-cu il martın 27-dən mayın 27-dək Bakı şəhər İcra Hakimiyyətində  İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsində könüllü olaraq təcrübə proqramında iştirak edərək şəhadətnamə ilə təltif edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!" devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının təşkilində, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi xidmətlərə görə respublika Müdafiə Nazirliyinin  mükafatına layiq görülmüşdür.

Ölkəmizin ictimai-siyasi həyatında gənclik eşqi ilə qurub-yaratmağa çalışan   Yusif  respublika Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə 2019-cu ildə  "Tələbə Baharı" tələbələrin XII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında II yer, 2020-ci ildə "Tələbə Baharı" tələbələrin XIII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında I yerə layiq görülmüşdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan olunması münasibətilə UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Türkiyənin paytaxtı Ankara şəhərində Nəsimiyə həsr olunmuş tamaşada xanəndə obrazında çıxış etmiş və Nəsiminin qəzəllərini muğam üstə ifa etmişdir. Yüksəksəviyyəli ifalara görə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşəkkürnamə  və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə təltif olunmuşdur. Bundan başqa,  Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan "Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020" Gənc Liderlər Proqramının icrasında fəallığı ilə seçilmişdir. O, gənc muğam ifaçısı kimi 2021-ci il oktyabrın üçüncü ongünlüyündə Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində keçirilən "Beynəlxalq Zəfər Düşərgəsi"nin iştirakçısı olmuşdur. 

Respublikanın Əməkdar artisti, muğam ustası Təyyar Bayramovun rəhbərliyi ilə muğam sənətinin ən incə məqamlarını dərindən öyrənməklə  sevdiyi sənətə böyük məsuliyyət və istək hissi ilə yanaşan gənc xanəndə Yusif  Cəfərbəyli  2021-2023-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Kulturologiya fakültəsinin Menecment (musiqi sahəsi üzrə) ixtisası üzrə magistr təhsili alaraq, "Azərbaycan milli musiqi potensialının tanınmasında müasir menecment metodlarından istifadə" mövzusunda magistr dissertasiyası işini müdafiə etmişdir.

İstedadla zəhmət bir-birini tamamlayanda uğurlar insana  daha yaxın olur. Belə bir uğura gənc muğam ifaçısı Yusif Cəfərbəyli Bakıda "Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş "Milli Musiqi" müsabiqəsi" layihəsi ilə "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant müsabiqəsinin qalibi kimi nail olmuşdur.

Gənc müğənni  ötən il dekabr ayının əvvəllərində musiqi mədəniyyətimizin beşiyi olan  Şuşa şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının bağlanış mərasimində muğam kompozisiyası ilə çıxış etmişdir. Bu möhtəşəm mərasimdə gənc xanəndə Yusif Cəfərbəylinin ifa etdiyi "Qarabağ şikəstəsi" muğamı və "Sarı gəlin" xalq mahnısı dinləyicilər, xüsusilə xarici ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!