28 Dekabr 2017 12:12
1021
Təhsil
A- A+
“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb

“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb

 

“Gənc istedadlar” liseyi fəaliyyət göstərdiyi 10 il müddətində xeyli uğurlar əldə edib. Bu təhsil müəssisəsinin fəaliyyəti dövründəki doqquz buraxılışında məzunların hamısı nüfuzlu ali məktəblərə qəbul olunub. Liseyi bitirən 330 məzundan 85-i qəbul imtahanlarında

600-dən artıq bal toplayıb. Məzunlardan 72-si Bakı Dövlət Universitetində (BDU), 40-ı xarici ölkələrin ali məktəblərində təhsil alır. Məzunlardan beşi Prezident təqaüdünə, 25-i qızıl, beşi isə gümüş medala layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyinə həsr olunmuş tədbirdə səslənib.

Dekabrın 27-də keçirilən tədbirdə BDU-nun rektoru akademik Abel Məhərrəmov liseyin fəaliyyətindən, qazandığı uğurlardan danışıb.

A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ölkəmizdə bu sahələrə xüsusi diqqət göstərildiyini söyləyib. Akademik A.Məhərrəmov BDU-da və bu ali məktəbin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində təhsilin inkişafı istiqamətində reallaşdırılan uğurlu layihələrdən söz açıb.

“Gənc istedadlar” liseyinin direktoru professor Qasım Hüseynov bu təhsil müəssisəsinin nailiyyətləri, beynəlxalq olimpiada və bilik yarışlarında uğurları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, liseyin məqsədi gənc istedadları aşkara çıxarmaq, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər yetişdirməkdir. Liseydə tədris Azərbaycan və rus dillərində aparılır, V-XI siniflərdən ibarət olan bu məktəbdə hazırda 600 şagird təhsil alır.

Məzunlardan 40-ı Türkiyə, Kanada, Macarıstan, Almaniya, Polşa, Fransa, Rusiya və digər xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin tələbəsidir.  

Dövlət İmtahan Mərkəzinin elmi-statistik məlumatlarına əsasən, liseyin məzunları qəbul imtahanlarında topladıqları orta bala, həmçinin fənlər üzrə düzgün cavabların faizinə görə həmişə yüksək göstəricilərə nail olublar. 2010-cu, 2011-ci və 2013-cü illərdə lisey məzunların qəbul imtahanlarında topladıqları orta bala görə qabaqcıl liseylər və orta ümumtəhsil müəssisələri arasında birinci olub.

Təhsil müəssisəsinin şagirdləri respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, müxtəlif intellekt, bilik və idman yarışlarında  yüksək nailiyyətlər əldə ediblər. 

“Gənc istedadlar” liseyi Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olub.

Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ikitərəfli konfrans və seminarların təşkili məqsədilə lisey ilə “Kaspi” Təhsil Şirkəti, Nərimanov rayonundakı “Bağça-məktəb-lisey” kompleksi və digər təhsil müəssisələri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük diqqət və qayğı göstərdiyini, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ölkədə təhsilin inkişafı ilə bağlı fikirlərini bildirən S.Vəliyeva “Gənc istedadlar” liseyinin uğurla fəaliyyət göstərdiyini, şagirdlərin respublika və beynəlxalq olimpiadalarda ürəkaçan nailiyyətlər qazandıqlarını diqqətə çatdırıb.

S.Vəliyeva lisey ilə “Kaspi” Təhsil Şirkəti arasındakı əməkdaşlığın təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb, müəllim və şagirdlərə uğurlar arzulayıb.

Bakıdakı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbli, akademik Ağadadaş Əliyev, liseyin məzunu, kimya fənni üzrə Beynəlxalq Mendeleyev Olimpiadasının və Respublika Olimpiadasının üçqat qalibi Sona Quluzadə, “Gənc istedadlar” liseyinin XI sinif şagirdi, “Sabahın alimləri” respublika müsabiqəsinin qalibi Lalə Muradlı çıxış edərək təhsilin inkişafında liseyin rolundan bəhs ediblər.  

Yubiley mərasimində “Gənc İstedadlar” liseyi ilə 6 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənəddə iki təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi üzrə ikitərəfli konfransların və seminarların, təcrübi məşğələlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə şagirdlər mahnılar oxuyub, şeirlər söyləyib, rəqslər ifa ediblər. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!