Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Ölkəmizdə gəncliyin inkişafı üçün geniş imkanlar yaradılıb
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni hədəfə düzgün istiqamətləndirəndə uğurlara gedən qapılar daha geniş açılır. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu gündən-günə artır. Sabahımızın qurucusu olan gənclərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər.
Dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət və qayğının artırılmasından ibarətdir. Son illər həyata keçirilən uğurlu islahatlar gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi təminatların yaradılmasını xeyli sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına çoxşaxəli şərait yaradıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində həmişə öndə addımlayırlar. Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasət gənclərin sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Bu gün 2 milyondan çox gənci birləşdirən orduya malik respublikamız sabahımızın qurucularına verdiyi diqqət, göstərdiyi qayğı, bu sahədə həyata keçirdiyi islahatlar nəticəsində qazandığı uğurlara görə dünyanın bir çox inkişaf etmiş ölkəsindən öndədir.
Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər siyasətində də inkişaf Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra başladı. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün Ulu Öndər bu sahənin inkişafına böyük önəm verirdi. Uzun illərin idarəçilik təcrübəsinə və dərin zəkaya sahib olan Ümummilli Lider Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının əsas təminatçılarının gənclər olacağını yaxşı bilirdi. Məhz buna görə də yenidən hakimiyyətə qayıdan Ulu Öndər gənclərlə görüşlər keçirir, problemləri ilə yaxından maraqlanırdı və onların həll olunması üçün müvafiq göstəriş və sərəncamlar verirdi. Ulu Öndər Heydər Əliyev 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunda çıxış edərək onların qarşısında dayanan vəzifələri qısaca olaraq belə ifadə etmişdi: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır". Ümummilli Liderin tələb və tövsiyələri Azərbaycan gəncliyinin inkişafına güclü təkan verdi, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadı.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin müsbət nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə böyük uğurlar qazanırlar. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində onlar cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən gənclər siyasəti ölkənin ictimai həyatında bu qüvvənin yaxından iştirakını təmin etməkdədir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük uğurlar əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər. Hazırda inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir gənc, hər bir vətəndaş üçün çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Azərbaycan Prezidentinin bu sözlərindən ruhlanan gənclər Ali Baş Komandanın ətrafında daha da sıx birləşdilər. Gənclərimiz ölkəmizin inkişafına xidmət etməyin, dövlətimizə qarşı yönəlmiş təsirlərlə mübarizə aparmağın, ən əsası isə uzun illərdən bəri torpaqlarımızın düşmən işğalından azad olunmasının və ərazi bütövlüyümüzün bərpa edilməsinin ən müqəddəs vəzifələr olduğunu dərindən anladılar. Vətənpərvər Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfər qazandılar. Erməni qəsbkarlarını məhv edərək tarixi torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan gənclərinin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev deyir: "Biz qəlbində güclü vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar".
Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, xalqımıza, dövlətimizə layiqincə xidmət edəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!