Gədəbəylilər bundan sonra asanlaşdırılmış xidmətlərdən istifadə edəcəklər
Hər gün rayon icra hakimiyyətlərinə onlarla vətəndaş bu və ya digər sənədlərin alınması üçün müraciət edir. Bununla bağlı bəzi hallarda narazılıqlar da yaranır. Bu narazılıqları aradan qaldırmaq, vətəndaşlara yüksəksəviyyəli xidmət göstərmək üçün respublikamızda ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyətində yeni xidmət növünün tətbiqinə başlanılıb, icra hakimiyyətində əhaliyə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.
Bu münasibətlə rayon icra hakimiyyətində ayrılmış salon hər cür innovatik avadanlıqlarla təchiz edilmişdir ki, bu da vətəndaşların müraciətlərinə baxılmasına, onların qəbul edilməsinə, dinlənilməsinə, hər bir müraciətə həssaslıqla yanaşılmasına, müraciətlərin mahiyyəti üzrə qərarların qəbuluna və vətəndaşlara istədikləri sənədlərin tez bir zamanda verilməsinə imkan yaradır. Rayon icra hakimiyyətini vətəndaşların etimad ünvanına çevirmək və vətəndaş məmnunluğunu yüksəltmək məqsədilə belə bir mərkəzin yaradılması rayon sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.
Mərkəzdə rayon icra hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla, cəmi 7 nəfər daimi xidmət göstərəcəkdir. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Mərkəz telefon və kompüter dəsti ilə təchiz olunmuş, internetə çıxış təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış monitorda vətəndaşlara hər hansı məsələ ilə bağlı izahat vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşların problemlərinin operativ həlli üçün "qaynar xətt” də yaradılmışdır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, Prezident İlham Əliyev vətəndaş məmnunluğunun və şəffaflığının təmin edilməsi ilə bağlı bütün dövlət qurumları kimi, yerli icra hakimiyyətləri orqanları qarşısında da mühüm vəzifələr qoymuşdur. Bu tapşırıqlara uyğun olaraq belə bir mərkəzin yaradılmasını məqsədəuyğun hesab etdik. İndi Gədəbəy sakinləri günün bütün vaxtlarında bu mərkəzə müraciət edə bilərlər. 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması məqsədilə fəaliyyət göstərəcək mərkəz vətəndaşlarda məmnunluq yaradacaq. Burada sənədlərin qəbulu və verilməsi, memarlıq və tikinti, hüquq, sosial-iqtisadi, humanitar, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri ilə bağlı yüksək səviyyədə xidmətlər göstəriləcəkdir. Mərkəzdə yaradılan şərait imkan verəcəkdir ki, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsini, vaxt itkisinin, süründürməçiliyin və korrupsiya hallarının aradan qaldırılmasını, həmçinin vətəndaşların eyni vaxtda vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin etsin.
Qeyd etmək lazımdır ki, mərkəzdə fəaliyyət göstərən könüllülərin sağlamlıq məhdudiyyəti olan insanların müraciətləri ilə bağlı onların ünvanlarına gedərək yaxından kömək göstərmələri də nəzərdə tutulmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!