21 İyul 2022 01:10
1774
İQTİSADİYYAT
A- A+
Gədəbəy kartofunun daha məhsuldar sortları yetişdirilib

Gədəbəy kartofunun daha məhsuldar sortları yetişdirilib

 

Son illər kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində göstərilən diqqət və verilən dəstək sayəsində gədəbəylilər də aqrar sektorda bir sıra uğurlara nail olurlar. Xüsusilə kartofçuluq sahəsində qazanılan nailiyyətlər hər cəhətdən daha səmərəlidir.

Keçən il rayonda 10 min 44 hektarda kartof əkən təsərrüfat sahibləri 126 min 556 ton məhsul götürüblər. Lakin Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevin sözlərinə görə, bu il məhsuldarlıq daha çox olacaq: "Bunun əsas səbəbi kartof əkildikdən sonra uzun müddət yağışların yağmasıdır. Yağışlar torpağa can verdi. İndi rayonda kartof əkən bütün təsərrüfat sahiblərinin üzü gülür. Bilirlər ki, əvvəlki illərdən fərqli olaraq bu il sahələrdən bol məhsul götürəcəklər. Elə bir kəndimiz yoxdur ki, orada kartof əkilməsin. Slavyanka, Zəhmət, Söyüdlü, Saratovka, Qızıltorpaq və başqa kəndlərdə bol məhsul yetişmişdir. Hazırda kartofun ziyanvericilərdən qorunması üçün mübarizə tədbirləri görülür".

Gədəbəylilər, əsasən, "Telman", "Əmiri", "Ağçiçək" sortlarına üstünlük verirlər. Təsərrüfat sahibləri deyirlər ki, Gədəbəy torpaqlarında bu kartof sortları  məhsuldar olur. Keçən il hər hektardan 130 sentner məhsul götürülsə də, cari il fermerlər bu göstəricini 150 sentnerə çatdırmaq istəyirlər.

Azərbaycanda əsas kartofçuluq rayonu sayılan Gədəbəydə seleksiya işləri də aparılır. İki ildir ki, Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun alimləri rayon ərazisində daha məhsuldar kartof sortlarının yetişdirilməsi ilə məşğuldurlar. Aparılan seleksiya işlərinin nəticələri müsbətdir. Slavyanka kəndi ərazisində aparılan seleksiya işləri nəticəsində yeni məhsuldar "Çənlibel", "Vaqif", "Uğur" və "Turan" sortları yetişdirilib. Xəstəliklərə qarşı davamlı olan həmin sortların məhsuldarlığı 250 sentnerə çatır. Hazırda rayonun bir neçə təsərrüfat sahibi həmin kartof sortlarından əkmişdir.

Saratovka kəndinin sakini Əli İsmayılov kartofçuluq sahəsində zəngin təcrübə toplayıb. Hər il 20 hektardan çox sahədə məhsul yetişdirir. Bu sahələrdən 300 tona yaxın məhsul götürən fermer deyir ki, istehsal etdiyi kartofun satışında elə bir problem yaşamır. Məhsulun yarıdan çoxunu yüksəkkeyfiyyətli olduğu üçün elə sahədəcə satır.

Onu da deyək ki, Əli İsmayılov kartofun əkinindən tutmuş yığımınadək bütün işləri texnika ilə həyata keçirir. Fermerin təsərrüfatında kartof toxumunun çeşidlənməsi üçün lazım olan aqreqatlar və çeşidlənmiş toxumluq kartofu saxlamaq üçün anbar var.

Gədəbəydə kartofçuluqda zəngin təcrübə qazanan fermerlərdən söz düşəndə Saratovka kəndinin sakini Ramiz Əliyevin, Daşbulaq kəndinin sakini Hafiz Fətəliyevin, Düz Rəsullu kəndinin sakini İmran Həsənovun da adlarını çəkirlər. Onlar hər il  hektardan 250 sentnerədək məhsul götürürlər. Bu işinə görə Hafiz Fətəliyev dövlət başçısının sərəncamı iə II dərəcəli “Əmək” ordeninə layiq görülüb.  Hazırda Gədəbəydə kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Xüsusilə əkin sahələrində ən çox gözə dəyən kartof becərənlərdir. Onlar yetişdirdikləri məhsulu qoruyub saxlamaq və daha çox məhsul istehsalına nail olmaq üçün var qüvvələrini əsirgəmirlər.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!