02 Avqust 2026 14:45
229
Mədəniyyət
A- A+
GAİM-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub  

GAİM-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub  



Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdlərinin iştirakı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə GAİM-in həftəsonu və rəsm məktəbinin müəllimləri Xəyalə Mustafayeva ilə Anna Allahverdiyeva Azərbaycan dilinin qorunmasından, inkişafından və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.

Şagirdlər ana dilimizə həsr olunmuş şeirlər səsləndirib, çıxışları ilə Azərbaycan dilinə olan sevgilərini ifadə ediblər.

Rəsm dərnəyinin şagirdləri isə bu əlamətdar günə həsr olunan yaradıcılıq işlərini təqdim edərək, tədbirə xüsusi rəng qatıblar.

Çıxışlarda vurğulanıb ki, ana dilimizi yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Tədbirlər uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan əlifbasına hörmət hissinin formalaşmasına, onların milli kimlik ruhunda böyüməsinə töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Kəlbəcərdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib  

16:00
02 Avqust

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv kurortların sayı artıb  

15:45
02 Avqust

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib 

15:40
02 Avqust

Fuad Muradov: Diaspor gəncləri Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar  

15:35
02 Avqust

Media: Moskvada terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb  

15:30
02 Avqust

Məsim Məmmədov: Yay Düşərgəsinin iştirakçılarının Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə inanırıq  

15:25
02 Avqust

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda salınacaq bütün məntəqələr dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb  

15:20
02 Avqust

Ermənistanda hökumət istefa verib  

15:15
02 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib  

15:11
02 Avqust

Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı olub  

15:10
02 Avqust

Azərbaycanın mina qurbanlarına həsr edilmiş sənədli film beynəlxalq festivalda nümayiş olunacaq  

15:05
02 Avqust

Deputat: Azərbaycan Avrasiya məkanının da aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilir  

15:00
02 Avqust

Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib VİDEO  

14:55
02 Avqust

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq  

14:50
02 Avqust

GAİM-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub  

14:45
02 Avqust

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb  

14:40
02 Avqust

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı artır  

14:35
02 Avqust

Bakı ilə Bişkek arasında əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksədildi

14:33
02 Avqust

Azərbaycan güləşçisi dünya çempionatının finalında  

14:30
02 Avqust

Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib  

14:26
02 Avqust

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki amerikalılara xəbərdarlıq edib  

14:25
02 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!