06 Noyabr 2017 10:11
217
SİYASƏT
A- A+
Fransaya viza almaq istəyən Azərbaycan vətəndaşları üçün yeni qaydalar müəyyən edilib

Fransaya viza almaq istəyən Azərbaycan vətəndaşları üçün yeni qaydalar müəyyən edilib

Fransaya vizalar üçün təqdim olunan sənədlərin baxılmasını “CAPAGO” şirkəti həyata keçirəcək.

Bu barədə AZƏRTAC-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Fransız vizalarının yeni mərkəzi olan “CAPAGO” şirkəti Bakıda Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşən “Globus Center”də noyabrın 7-dən fəaliyyətə başlayacaq.

Yuxarıda göstərilən tarixdən başlayaraq bu şirkət əvvəllər fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək.

“CAPAGO” tərəfindən idarə olunan fransız viza mərkəzi, Bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 17:00-a kimi açıq olacaq.

Yeni viza mərkəzi görüşlərin alınmasını, viza ilə bağlı sualların cavablandırılmasını, fransız viza mərkəzində əhalinin qəbulunu, viza müraciətlərinin qəbulunu, barmaq izlərinin alınmasını, xidmət (standart qiymət 26 avro) və viza xərclərinin toplanmasını, pasportların geri qaytarılmasını (görüş götürməyə ehtiyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq) həyata keçirəcək.

Burada “İşgüzar” müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən “Premium” salonu yaradılıb. (Qiymət 80 AZN (Viza rüsumdan savayı)

Yeni fransız viza mərkəzində görüş götürmək üçün “France Visas” saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub “CAPAGO” saytında görüş götürmək olar.

Beləliklə, viza üçün müraciətlər noyabrın 7-dən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla).

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər “CAPAGO” şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!