17 Avqust 2023 09:40
457
SİYASƏT
A- A+
Fransanın ənənəvi davranışı

Fransanın ənənəvi davranışı

 

Rəsmi Paris Cənubi Qafqazda mənfur təcrübəsini tətbiq etməyə çalışır

 

"Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".
Bu fikirləri Prezident İlham Əliyev bu ilin iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın Azərbaycanın daxili işinə müdaxiləsindən bəhs edərkən söyləyib. Dövlət başçısı xüsusilə vurğulayıb ki,  özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. 
Avqustun 15-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın erməni həmkarı ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlamada Azərbaycana qarşı irəli sürülmüş əsassız iddialar da bunu bir daha sübut edir. Ölkəmiz əleyhinə qətnamələr qəbul etməyi, bəyanatlar yayıb, açıqlamalar verməyi vərdiş halına çevirən Fransa hər addımında erməni lobbisinin oyuncağına çevrildiyini təsdiqləyir.

 

Fransa Ermənistanın manipulyasiyalarının əsirinə çevrilib

 

Laçın yolunun "blokada"da saxlanıldığı və "erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi" ilə bağlı həqiqəti əks etdirməyən iddialara Azərbaycanın cavabı bu dəfə də gecikməyib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də Ermənistan tərəfindən bu yoldan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur. 
XİN həmçinin fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən, guya, missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya bəraət qazandırmasına da münasibət bildirib. Qeyd olunub ki, bu, Fransanın bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha sübut edir. 
Açıq-aydın ortadadır ki, Fransa, guya, erməni sakinlərin halına yanaraq, öz məkrli planlarını yürütməyə çalışır. Çünki gün ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə məhz Laçın yolundan erməni sakinlərinin hər iki istiqamətdə keçidinin təmin edilməsi Fransaya yaxşı məlumdur. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına istinad edən Fransa tərəfinin, Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması barədə Ermənistanın tələbinin sözügedən məhkəmə tərəfindən yekdilliklə rədd edilməsinə əhəmiyyət verməməsi də bu ölkənin xəstə niyyətli olmasından xəbər verir.  
Unutmaq olmaz ki, Azərbaycan erməni sakinlərin gündəlik tələbat mallarına ehtiyaclarını ödəməkdən ötrü lazım olan yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu kimi daha rahat və sərfəli yol təklifini irəli sürüb. Lakin Avropa İttifaqı və BQXK-nin də Ağdam yolundan istifadəyə dəstək verməsinə baxmayaraq, rəsmi Paris bütün bunlara məhəl qoymur, Ermənistanın nazını çəkir və onun siyasi manipulyasiyalarına aldanaraq qeyri-obyektiv açıqlamalar səsləndirir.

 

Fransanın düşmənçiliyinin mənbəyi türkofobiya və islamofobiyadır

 

Əslində, tarixi qan-qada ilə dolu olan Fransadan yaxşı nəyisə, xüsusilə də onun beynəlxalq hüquq və humanizm prinsiplərinə əməl etməsini gözləmək ağılsızlıq olar. Bu ölkənin tarix-boyu törətdiyi cinayət və qətliamlar, həyata keçirdiyi amansız müstəmləkəçilik siyasəti onun Ermənistana belə dərin sevgisinin səbəblərini açıb ortaya qoyur. Fransa terrorçu və işğalçı mahiyyətinə görə Ermənistana bənzəyir, ona görə də xislətləri zay olan bu dövlətlər və millətlər daim bir-birilərinə dəstək nümayiş etdirirlər. 
Fransanın düşmənçiliyinin əsas mənbələrindən bir neçəsi də orada dərin kök salmış türkofobiya və islamofobiyadır. Şəxsən prezident Emmanuel Makronun zaman-zaman müşahidə etdiyimiz qərəzli davranışları onun Türk və İslam dünyasına nifrətindən irəli gəlir. Məhz onun hakimiyyəti illərində Fransada vətəndaşlığından asılı olmayaraq, bütün müsəlmanlara qarşı nifrət aşılanır. Bu kimi faktlar da erməni-fransız "birliyi"nin güclənməsinə, özünü mədəniyyətin və demokratiyanın beşiyi kimi təqdim edən Fransanın erməni sevdasının möhkəmlənməsinə səbəb olur.  

 

Ermənipərəst mövqe və çıxışlar Azərbaycanı qətiyyən narahat etmir

 

Vətən müharibəsi zamanı Ermənistanı hərtərəfli dəstəkləyən rəsmi Paris postmüharibə dövründə də Qarabağda yaşayan ermənilərin "hüquqları"nın saxtakarcasına müdafiəsinə qalxmaqla separatizmə və revanşizmə xidmət edir. 
Lakin bütün bunlar - ermənipərəst mövqe və çıxışlar, ədalətsiz və yalan bəyanatlar, eləcə də xarici güclər tərəfindən "Ermənistan ordusu"nun arsenalına yığılan silah-sursatlar Azərbaycanı qətiyyən narahat etmir. Ölkəmizin bugünkü inkişaf sürəti, dövlət-xalq-ordu birliyinin möhkəmliyi, öz lideri ətrafında sıx birləşmiş xalqımızın iradə və qətiyyəti, belə cılız faktların fövqündə dayanır. 
Azərbaycanın Müzəffər Ali Baş Komandanı və qüdrətli ordusu var. Bunu dünya da, Ermənistan da yaxşı bilir ki, əgər yenidən müharibə olarsa, Azərbaycan Ordusu düşməni yenə də qarşısında diz çökdürəcəkdir.
 
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!