16 Mart 2025 08:25
502
DÜNYA
A- A+
Fransada zorakılıq rekord həddə çatıb

Fransada zorakılıq rekord həddə çatıb


Qadınlara Qarşı Zorakılıq üzrə Milli Monitorinq Mərkəzinin hesabatında bildirilir ki, Fransada ictimai nəqliyyatda cinsi zorakılıq qurbanlarının sayı ötən il rekord həddə çatıb. Məsələn, ölkənin İle-de-Frans bölgəsində hər 10 qadından yeddisinin ictimai nəqliyyatda hansısa formada cinsi zorakılığa məruz qaldığı müəyyən edilib. 

Mərkəzin yaydığı hesabatda 2016-cı ildən bəri qurbanların illik sayının 86 faiz artdığı göstərilib.

Araşdırmaya görə, 2024-cü ildə polis ictimai nəqliyyatda 3374 cinsi zorakılıq hadisəsi qeydə alıb. Bu da 2022-ci il göstəricilərindən 9 faiz çoxdur.

Hesabatda qeyd olunan zorakılıq formalarına cinsi qısnama, həmçinin zorlama və zorlama cəhdi daxildir.

Qurbanların 10 nəfərindən 9-u qadındır, onların 75 faizi 30 yaşdan aşağıdır.

Ölkədə ən çox zərər çəkmiş bölgə paytaxt Parisin İle-de-Frans bölgəsi olub - burada bütün hadisələrin 44 faizi qeydə alınıb və  hər 10 qadından 7-si həyatlarının hansısa bir dönəmində ictimai nəqliyyatda cinsi zorakılığa məruz qaldığını bildirib.

Qustav Eyfel Universitetinin şəhərsalma üzrə tədqiqatçısı Manon Marqerit cinsiyyətçi təhqirlərə və arzuolunmaz toxunuşlara diqqət çəkib: "İlk olaraq ağla gələn cinayətkarlar eksgibisionistlər və "toxunanlardır". Həqiqətən də, ictimai nəqliyyatın müəyyən xüsusiyyətləri - sıx şərait, həddindən artıq sərnişin və nəqliyyat vasitəsini rahat tərk edə bilməmək - cinsi zorakılığın bu spesifik formalarına səbəb ola bilər. Bu hadisələr realdır, lakin onlar ictimai qavrayışda üstünlük təşkil edir, zorakılığın digər formalarını kölgədə qoyurlar. Lakin çox vaxt bu davranış formalar trivial hesab olunduğundan rədd edilsə də, əslində bunları yaşamış insanlara ciddi travma yetirə bilər." 

Hesabatda bu tipli cinayətləri törədənlərin 96 faizinin kişi olduğu bildirilir. Həmçinin deyilir ki, bir çox qadın zorakılıq barədə məlumat verməkdən çəkinir, çünki onlar ciddi qəbul edilməyəcək və ya səlahiyyətlilər müvafiq tədbir görməyəcəklər.

Araşdırmaya görə, qurbanların yalnız 7 faizi polisə şikayət edir, 1/3-dən çoxu utanc, 70 faizi qəzəb hissi keçirir, 60 faizi isə cəmiyyəti dəyişmək istəyir.

Hesabatda qeyd edilir ki, ictimai nəqliyyatdan istifadə edən bir çox qadın bu cür hadisələrlə üzləşməmək üçün müxtəlif üsullardan istifadə edir - məsələn, marşrutunu, səyahət vaxtını və ya hətta geyimini dəyişir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

19:26
27 Aprel

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

18:43
27 Aprel

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

18:34
27 Aprel

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

18:30
27 Aprel

Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur  

17:37
27 Aprel

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

16:59
27 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:41
27 Aprel

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib  

14:39
27 Aprel

Sabah bəzi rayonlarda leysan olacaq - PROQNOZ

13:07
27 Aprel

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

12:31
27 Aprel

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!