03 Dekabr 2022 03:45
482
DÜNYA
A- A+
Fransada tətillər dalğası səngimir

Fransada tətillər dalğası səngimir

 

İndi də ölkədə həkimlər narazılıq edirlər

 

Fransada özəl praktika həkimlərinin ofisləri iki gündür bağlıdır. Bunun səbəbi səhiyyə işçilərinin tibbi sığorta fondunun baza tarifini iki dəfə artırmaq  tələbi ilə tətilə çıxmalarıdır.
Son iki onillikdə 110 minə yaxın ümumi praktika və özəl praktika həkimlərini birləşdirən  peşəkar təşkilatları həmkarlar ittifaqlarının köməyi ilə görünməmiş hərəkat elan ediblər. Parisdə dövlət klinikalarının psixiatrları da işçi  və dərman çatışmazlığından şikayət edərək etiraz aksiyası keçiriblər. Laboratoriyaların işçiləri də onlara qoşulublar. Reagentlərə də pul yoxdur. Həkimlər də maaşların artırılmasını tələb edirlər. Biotibbi Alyansın prezidenti Alen Le Mer deyir: "Biz hökumətə dörd il müddətinə 685 milyon avro ayırmağı təklif etmişik. Bu, bizim üçün çox vacib olan və ondan kənara çıxa bilməyəcəyimiz maliyyə planıdır. Bizim üçün bu, yaşamaq məsələsidir. Əks halda, ən azı 400 laboratoriyanı bağlamaq məcburiyyətində qalacağıq".
Bioloqlar İttifaqının prezidenti Fransua Blanşekott da çox narahatdır: "Fransa iki həftədir tətil edir. İndi təsəvvür edin ki, bu, dekabrın sonunda bütün dövlət sisteminin iflicinə gətirib çıxaracaq!" 
Fransada bütün həkimlərin dövlət tibbi sığorta fondu ilə müqaviləsi var. Xəstələr yalnız özəl provayderin tarifi ilə sözügedən xidmət üçün tibbi sığorta fondu tərəfindən müəyyən edilmiş tarif arasındakı fərqi ödəməlidirlər. Həkim konsultasiyasının baza qiyməti hazırda 25 avrodur və tətilin təşkilatçıları Avropada orta göstəricinin 45 avro olduğunu əsas gətirərək bu məbləğin iki dəfə artırılmasını tələb edirlər. Bildirilir ki, 100 faizlik artım gənc həkimləri ailə praktikasına cəlb  edərdi və beləliklə, özlərini idarə etdiyi üçün bütün inzibati vəzifələr onların üzərinə düşərdi.
Tətil ciddi etirazlarla müşayiət olunur. Gün ərzində Parisdə və digər şəhərlərdə əlliyə yaxın yürüş keçirilib. Parlamentin kənd yerlərində həkim çatışmazlığını azaltmağa yönəlmiş bir sıra qanunlar qəbul etməsindən də həkimlər narahatdırlar. Tibb mütəxəssisləri hiss edirlər ki, klinikaları harada açacaqlarını seçmək azadlığı məhdudlaşır.
Fransanı bürüyən sosial etiraz sentyabrın 27-də TotalEnergies və Esso-ExxonMobil transmilli energetika qruplarının müəssisələrindən başlayıb. Bu şirkətlərin işçiləri inflyasiyanın sürətlə artması fonunda maaşların ən azı 10 faiz artırılmasını tələb ediblər.
Sonradan tətillərə nəqliyyatçılar, təhsil, ümumi praktika həkimləri və kommunal sektorun əməkdaşları da qoşulub. Avtomobil nəqliyyatı işçilərinin tətili Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasının (CGT) çağırışı ilə keçirilib. Həmkarlar ittifaqı mərkəzləri yüksək inflyasiya fonunda sənayedə çalışan işçilərin maaşlarının artırılması tələbilə çıxış ediblər.
Oktyabrda neft emalı zavodlarında tətilin sona çatması ilə bağlı qısamüddətli sakitlikdən sonra yanacaqdoldurma məntəqələrində həyəcan dalğası yenidən Fransanı bürüyüb. Ölkənin demək olar, bütün iri şəhərlərində ictimai nəqliyyatın işində fasilələr yaranıb. Parisdə onlarla metro və şəhərətrafı qatar stansiyaları bağlanıb.
Çoxsaylı həmkarlar ittifaqları baş verən hadisələrin etirazın yalnız başlanğıcı olduğunu və xüsusən də işçilərin tələbləri eşidilməzsə, ictimai hərəkatın yaxın həftələrdə və aylarda genişlənəcəyini bildiriblər.
 Paris və Fransanın digər şəhərlərində küçələrə çıxan işçilər maaşların artırılması, iş şəraitinin yaxşılaşdırılması, xüsusən də pensiya islahatları ilə bağlı Prezident Emmanuel Makronun administrasiyasına təzyiqlərin artırılmasını tələb ediblər.
Son aylarda Fransa hökuməti inflyasiyanın qarşısını ala bilmir. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) ekspertlərinin hesablamalarına görə, ərzaq məhsulları 12 faizə qədər bahalaşıb. Enerji təchizatının dəyəri də nəzərəçarpacaq dərəcədə - təxminən 20 faiz artıb. 
 Fransa Bankının (mərkəzi bank) prezidenti Fransua Vilerua de Qalo ölkədə inflyasiya səviyyəsinin ilin sonuna qədər daha da yüksələcəyi ilə bağlı xəbərdarlıq edib. Təbii ki, bütün bu amillər xalqda ciddi narahatlıq, təşviş və etiraz doğurur.
Ölkədə digər peşə sahiblərinin də iştirakı ilə növbəti tətillər üçün çoxsaylı çağırışlar eşidilir. Fransız xalqının daxili və xarici siyasətdə səriştəsizliyini sübut etmiş iqtidara qarşı etirazı gündən-günə genişlənir.

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!