07 Dekabr 2024 08:30
438
SİYASƏT
A- A+
Fransada siyasi xaos dərinləşir

Fransada siyasi xaos dərinləşir


Müxalifət prezidentin istefasını tələb edir


Fransa Prezident Emmanuel Makron hökumətin istefasından sonra xalqa müraciət edib. O, 2027-ci ildə başa çatmalı olan səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını və yaxın günlərdə yeni baş nazirin adını açıqlayacağını bildirib.

Xalqa müraciətində Makron Milli Assambleyanın hökumətə etimadsızlıq səsverməsini qəbul etməsini "antirespublika cəbhəsi" adlandırdığı ifrat sağçı və radikal solçu qüvvələrdən olan rəqiblərinin üzərinə atıb. Makron kabinetin istefasına səs verən qanunvericiləri nəinki tənqid atəşinə tutub, hətta onları siyasi maraqlarını güdməkdə ittiham edib. Eyni zamanda Fransa lideri ölkəni və maliyyə bazarlarını sarsıdan böhrana görə məsuliyyətini də etiraf edib. 

Yeni baş nazirə prioritet vəzifə kimi 2025-ci il büdcə qanununun qəbulunu həyata keçirə biləcək hökuməti formalaşdırmaq tapşırılacaq.

"The New York Times" yazır ki, Barnye hökumətinin ona etimadsızlıq səsverməsindən sonra istefaya getməsi Fransada siyasi xaosa gətirib çıxaracaq. Prezident Makron bu çaşqınlığın əsas qurbanı olmaq riskini daşıyır. Belə ki, sağçı müxalifət məhz onu hədəfə alıb.

Çərşənbə günü Fransa qanunvericiləri baş nazir Mişel Barniye və onun kabinetinə etimadsızlıq səsverməsi keçirərək ölkəni yeni siyasi qarışıqlıq burulğanına sürükləyib. İndi Fransanın yeni büdcəsini necə qəbul edəcəyi bəlli deyil və bu, maliyyə bazarlarında daha da qarışıqlıq riski yaradır.

Fransa parlamentinin aşağı palatası 331 səslə baş nazir Mişel Barnyeyə etimadsızlıq səsverməsini qəbul edib ki, bu da tələb olunan 288 səsdən xeyli çoxdur. Marin Le Penin sağçı "Milli Birlik" partiyası fraksiyasının solçu koalisiyanın hökuməti istefaya göndərmək səylərinə qoşulduqdan sonra bu mümkün oldu. 

Bu, Fransada son 60 ildə ilk uğurlu etimadsızlıq səsverməsi idi. Cəmi üç ay fəaliyyət göstərən Barnye hökuməti isə Beşinci Respublika tarixində ən qısamüddətli oldu.

Səsvermə Fransa üçün çətin bir vaxtda baş tutub. Ölkə böyük borcunun və artan kəsirinin öhdəsindən gələ bilmir. Makron hakimiyyəti qoruyub saxlasa da, ona dəstək çox qeyri-sabitdir. Keçən ilin yayında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sürpriz qərar qəbul edərkən onun nüfuzu ciddi şəkildə sarsıldı. Bu isə onun partiyası və müttəfiqlərinin çoxlu mandatlarını bir-biri ilə rəqabət aparan, lakin prezidentə qarşı çıxmaqda qərarlı olan ifrat sağçı və solçulara verməsi ilə nəticələndi. 

Fransa indi uzun bir qeyri-sabitlik dövrü ilə üz-üzədir. Bu, Fransanın iqtisadiyyatı, xüsusilə də borcları ilə bağlı narahatlığı da artırıb və bunun gələn il əhəmiyyətli islahatlar aparılmadan ÜDM-in 7 faizinə yüksəlmək ehtimalı var. Analitiklər deyirlər ki, Barnye hökumətinin süqutu Fransa üçün borclanma xərclərinin artmasına və borcunun daha da dərinləşməsinə səbəb ola bilər.

Barnye çoxluğa sahib olmadığı parlamentin aşağı palatasında təsdiq edilmədən büdcə təkliflərini irəli sürmək üçün konstitusiya alətlərindən istifadə etmək qərarını verdikdə, onun sürətlə çökməsi qaçılmaz oldu. Belə alətdən istifadə Fransa parlamentarilərinin hər zaman narazılığına səbəb olub.

Ancaq çərşənbə günü daha böyük hadisə baş verdi: sol təmayüllü parlament koalisiyası ilə palatada ən çox yerə sahib olan millətçi və antiimmiqrant "Milli Birlik" partiyası arasında gözlənilməz ittifaq yarandı.

Barnyenin büdcə təklifi ləğv edildi. Parlamentdə vida nitqilə çıxış edən baş nazir, etimadsızlıq səsverməsinin hər şeyi ciddi şəkildə mürəkkəbləşdirəcəyini və çətinləşdirəcəyini bildirdi. O qeyd edib ki, yeni büdcə olmadan daha çox ev təsərrüfatları vergi ödəməyə məcbur olacaq, qalanları üçün isə bu vergilər artacaq.

Əslində, Barnyenin və onun kabinetinin devrilməsi illərdir artan siyasi nüfuzundan yararlanmağa və partiyasını Fransa siyasətinin əsas məcrasına cəlb etməyə çalışan Marin Le Pen üçün qələbə idi. Barniyenin süqutunu təmin edərək səsvermənin keçirilməsində israrlı olan məhz Le Pen idi. Solçu alyans aylardır hökumətin devrilməsi üçün kampaniya aparır və deyir ki, onun üzvləri birlikdə bu yay növbədənkənar seçkidə ən çox yer qazanıblar və buna görə də liderliyə layiqdirlər. Lakin koalisiya baş naziri istefaya göndərmək üçün kifayət qədər səs toplaya bilmirdi.

Səsvermədən sonra Le Pen Barnyenin ona təklif etdiyi büdcə güzəştlərindən imtina edib. Birincisi, baş nazir təklif olunan elektrik vergilərini ləğv etməyə razılaşıb. İkincisi, o, tibbi kompensasiyanı kəsməyəcəyinə söz verib. Əvvəllər Le Pen həm birincini, həm də ikincini tələb edirdi. Lakin indi bu onun üçün kifayət deyil.

Le Pen bazar ertəsi günü 60 milyard dollarlıq xərclərin azaldılması və vergi artımını ehtiva edən büdcə layihəsini "fransız xalqı üçün tamamilə ədalətsiz " adlandırıb.

Barnyen ölkənin maliyyə çətinliklərinin öhdəsindən gəlməli olduğunu deyərək təklif olunan xərclərin azaldılması və vergi artımını əsaslandırmağa çalışıb. Fransanın illik kəsirinin ÜDM-in ən azı 6,1 faizinə çatacağı proqnozlaşdırılır ki, bu da Aİ limitini iki dəfə aşır. Ölkənin borcu limitdən iki dəfə çoxdur və ÜDM-in 112 faizini təşkil edir.

Siyasətçilər Barnyedən sonra öz qiymətləndirmələrində baş nazir postuna "Milli Birlik"lə müzakirəyə daha hazır hesab etdikləri siyasətçilərə, məsələn, müdafiə naziri Sebastyan Lekornyuya üstünlük verirlər.

Tənqidçilər və bəzi müstəqil analitiklərin fikrincə, Le Penin Barnye və onun qənaət planlarını tənqid etməsi daha böyük siyasi strategiyanın bir hissəsi kimi görünür. O, etiraf edib ki, əsl hədəfi Barnye deyil, daha çox hakimiyyətə malik olan yeganə şəxsdir - Makron. 

Paris Siyasi Araşdırmalar İnstitutunun politoloqu və fəxri professoru Jerar Grünberq deyir: "Marin Le Pen həqiqətən  güclü mövqedən çıxış etmək və növbədənkənar prezident seçkilərinin keçirilməsinə nail olmaq  istəyir. Makron isə prezidentliyinin əksər dövründə populyar olmayıb. Bir çox fransız onu təkəbbürlü və laqeyd hesab edir. Makron legitimliyini tamamilə itirib. Müəyyən mənada o, ümumiyyətlə, mövcud deyil. Bir siyasətçi kimi o ölüb".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!