20 İyul 2020 11:10
493
SİYASƏT
A- A+
Fransada daşnaklar bir daha mənfur xislətlərini göstəriblər

Fransada daşnaklar bir daha mənfur xislətlərini göstəriblər


Bir daha erməni "dindarlarının” din örtüyü altında terror fəaliyyəti həyata keçirməsinin canlı şahidi olduq. Belə ki, Erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan "Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Fransanın prefektura orqanlarından icazə almadan iyulun 19-da yerli vaxtla saat 14:50-də Parisdə səfirliyimizin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edərkən jandarm və polislə üzləşməli olublar.

AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə səfirliyimizi yandırmaqla və ASALA terror təşkilatı ilə hədələyən gənc daşnaklar yerli vaxtla saat 14:15-dən etibarən səfirliyin binası yerləşən küçəyə toplaşmağa başlayıblar.

Daşnakların sayının artdığını, eləcə də toplaşanlarda zorakılıq əlamətləri görən polis əlavə xüsusi qüvvələr çağırıb. Səfirliyimizin binasına yaxınlaşaraq xəsarət yetirməyə çalısan ermənilərin qarşısı alınıb.

Daşnakların səs-küy saldığını görən soydaşlarımız Azərbaycan himnini gur səslə səsləndiriblər. Daşnaklar çaşbaş qalıb. Ancaq mənfur daşnak xislətini heç vaxt unutmur. Onlar səfirliyin binasına daş ataraq pəncərələri sındırıblar. Polis müdaxilə edərək gözyaşardıcı qazla daşnakları geri oturdub. Daşnaklar arasında Fransada erməni mətbuatının və kommunikasiyasının rəhbəri Murad Papazyan da olub.

Eləcə də Fransada erməni apostolik kilsə yeparxiyasının rəhbəri Vahan Hovanessyan səfirlik qarşısındakı ermənilərin qanunsuz yığıncağına qoşulması ilə bir daha erməni "dindarlarının” da daşnak ideologiyasını və mövqeyini dəsdəklədiklərini təsdiqlədi. Dünyada bütün dinlər dincliyə, sülhə, dostluğa çağırdığı halda, erməni dindarları tarixin müxtəlif dövrlərində olduğu kimi yenə də Azərbaycana qarşı dini -siyasi fəaliyyət aparır, dini terrorla bir araya gətirirlər. Erməni kilsəsi köhnə mənfur xislətindən hələ də əl çəkməyib.

Parisdə ermənilərin qanunsuz yığıncağına qoşulmaqla Vahan Hovanessyan bir daha erməni "dindarlarının” din örtüyü altında terror fəaliyyəti həyata keçirdiyini canlı şəkildə sübut edib.

Azərbaycan səfirliyi Fransanın Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarına müraciət edərək, daşnak zorakılığına sivil şəkildə cavab verməyi qərara alıb. Fransanın Xarici İşlər Nazirliyinə məlumat verilib. Ümid edirik, bu gün erməni daşnaklarının zorakı xislətinin şahidi olduqdan sonra Fransanın aidiyyəti qurumları məsələ ilə bağlı reaksiya verəcəklər.

Fransa Xarici İşlər Naizirliyinin müdaxiləsindən sonra polis və jandarmlar erməni daşnaklarını ərazidən uzaqlaşdırıblar.

Dağılışmaq məcburiyyətində qalan daşnaklar küçədə azərbaycanlılarla rastlaşıb və onlara hücum ediblər. Jandarmların cəld reaksiyası sayəsində soydaşlarımz ciddi xəsarət almayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!