18 İyun 2026 08:30
228
SİYASƏT
A- A+
"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"

"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasəti çox vaxt onların daxili siyasətinin güzgüsü rolunu oynayır. Güclü dövlətlər öz daxili problemlərini islahatlar, institusional dəyişikliklər və strateji planlaşdırma vasitəsilə həll etməyə çalışdıqları halda, siyasi böhran yaşayan ölkələr bəzən cəmiyyətin diqqətini real problemlərdən yayındırmaq üçün xarici təhlükə və ya "xarici düşmən" obrazı formalaşdırmağa üstünlük verirlər. Son illər Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi davranışlar da məhz bu kontekstdə təhlil edilməlidir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, regional güc mərkəzinə çevrilməsi bəzi beynəlxalq dairələrin planlarını pozub, xüsusən də uzun illər Cənubi Qafqazda özünü təsir sahibi kimi təqdim etməyə çalışan Fransa üçün yeni geosiyasi reallıqların yaranması ciddi siyasi narahatlıq mənbəyinə çevrilib. "Rəsmi Parisin son illər Azərbaycana qarşı irəli sürdüyü ittihamların mahiyyətinə diqqət yetirdikdə aydın görünür ki, burada obyektiv siyasi yanaşmadan daha çox emosional və siyasi motivlər üstünlük təşkil edir. Fransa Senatında və Milli Assambleyasında qəbul edilən qərəzli qətnamələr, Avropa Parlamentində Azərbaycana qarşı təşkil olunan kampaniyalar, Ermənistanın mövqeyini müdafiə edən birtərəfli bəyanatlar bunun ən açıq nümunələridir. Bu siyasətin kökündə duran səbəbləri yalnız Ermənistan amili ilə izah etmək mümkün deyil. Şübhəsiz ki, Fransadakı güclü erməni diasporu və lobbi şəbəkələrinin təsiri mühüm rol oynayır, lakin məsələ bundan daha dərindir. Əslində, Fransa özünün qlobal təsir imkanlarının zəiflədiyi bir dövrdə yeni geosiyasi dayaqlar axtarır və Cənubi Qafqazı həmin istiqamətlərdən biri kimi görür", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Parisin qarşılaşdığı əsas problem XXI əsrin geosiyasi reallıqlarını keçmiş müstəmləkəçilik dövrünün təfəkkürü ilə qavramasıdır: "Bu gün Azərbaycan öz milli maraqlarını müdafiə etmək iqtidarında olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, Avrasiya üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi çıxış edən dövlətdir. Belə bir potensiala və əhəmiyyətə malik ölkəyə təzyiq dili ilə yanaşmaq nə siyasi nəticə verə, nə də diplomatik uğur qazandıra bilər".

E.Mirzəbəyli vurğulayıb ki, Fransanın Azərbaycana qarşı sərgilədiyi aqressiv ritorikanın digər mühüm səbəbi onun öz daxilində yaşadığı dərin siyasi və sosial böhrandır: "Son illər Fransa cəmiyyətində hakimiyyət institutlarına inamın azalması artıq sistemli xarakter alıb. Pensiya islahatlarına qarşı milyonlarla insanın iştirak etdiyi etiraz aksiyaları, polis zorakılığı ilə bağlı qalmaqallar, miqrasiya problemləri, sosial bərabərsizliyin dərinləşməsi və iqtisadi çətinliklər ölkədə ciddi narazılıq mühiti formalaşdırıb. Prezident Emmanuel Makronun siyasi kursu cəmiyyətin əhəmiyyətli hissəsi tərəfindən qəbul edilmir və bu vəziyyət Fransanın daxili siyasi sabitliyinə mənfi təsir göstərir. Belə bir şəraitdə xarici siyasət gündəmində "Azərbaycan təhlükəsi", "Azərbaycanın təsiri" və ya "Azərbaycanın müdaxiləsi" kimi tezislərin dövriyyəyə buraxılması təsadüfi görünmür. Çünki tarix boyu daxili problemlərlə üzləşən siyasi elitalar diqqəti başqa istiqamətə yönəltmək üçün xarici amilləri hədəf göstərməyə çalışıblar. Əslində isə, Fransa bu gün diqqətini Azərbaycana deyil, özünün sürətlə zəifləyən beynəlxalq mövqelərinə yönəltməlidir".

Deputat qeyd edib ki, bir neçə il ərzində Fransanın Afrikadakı təsir sistemi faktiki olaraq çökməyə başlayıb. Mali, Burkina Faso, Niger və Çadda baş verən hadisələr Parisin onilliklər ərzində qurduğu geosiyasi arxitekturanın ciddi zərbə aldığını göstərdi. Fransa qoşunlarının bu ölkələrdən çıxarılması, yerli ictimai rəydə anti-Fransa ovqatının güclənməsi və yeni siyasi baxış bucağının formalaşması Parisin ənənəvi təsir mexanizmlərinin artıq işləmədiyini ortaya qoyub. "Bir vaxtlar Fransa Afrikada siyasi, hərbi və iqtisadi proseslərə həlledici təsir göstərən aktor hesab olunurdu. Bu gün isə həmin təsir imkanları sürətlə daralır. Bu mənzərə fonunda Azərbaycanın hədəfə çevrilməsi, əslində, daha çox siyasi psixologiya məsələsini xatırladır. Çünki öz təsir imkanlarını itirən güclər çox vaxt uğursuzluqlarının səbəbini kənarda axtarmağa başlayırlar. Azərbaycan isə tam əksinə, son illər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz suverenliyini təmin edib, regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib və çoxtərəfli diplomatiya vasitəsilə mövqelərini gücləndirib. Xüsusilə 2020-ci ildən sonra yaranmış reallıqlar göstərdi ki, Cənubi Qafqazın gələcəyi region ölkələrinin iştirakı ilə müəyyənləşəcək. Kənardan geosiyasi mühəndislik cəhdləri isə əvvəlki kimi nəticə vermir", - deyə E.Mirzəbəyli əlavə edib.

Deputat bildirib ki, Fransa siyasi dairələrinin Azərbaycana qarşı apardığı kampaniyalar, əslində, Bakıdan daha çox Parisin öz geosiyasi narahatlıqlarını əks etdirir: "Bütün bunlara baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan xalqı Fransa xalqına qarşı heç vaxt düşmən münasibət bəsləməyib və bu gün də bəsləmir. İki xalq arasında mədəni əməkdaşlıq, humanitar əlaqələr və qarşılıqlı hörmət ənənələri mövcuddur. Problem Fransa xalqı ilə deyil, geosiyasi reallıqları qəbul etmək istəməyən, Ermənistan amilini regional siyasətin mərkəzinə çevirməyə çalışan və öz daxili uğursuzluqlarını xarici düşmən obrazı yaratmaqla kompensasiya etməyə çalışan siyasi dairələrlə bağlıdır. Tarix göstərir ki, beynəlxalq nüfuz qərəzli qətnamələrlə, siyasi kampaniyalarla və ya informasiya hücumları ilə deyil, ardıcıl siyasət, etibarlılıq və beynəlxalq hüquqa hörmətlə qazanılır". 

E.Mirzəbəyli sonda qeyd edib ki, Fransa əgər qlobal aktor statusunu qorumaq istəyirsə, ilk növbədə Azərbaycanın deyil, öz siyasətinin yaratdığı problemlərə obyektiv qiymət verməlidir. Əks halda "xarici düşmən" axtarışı Fransanın nə daxili böhranlarını həll edəcək, nə də ona itirilmiş geosiyasi mövqelərini qaytaracaq.


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!