30 İyul 2024 08:20
508
SİYASƏT
A- A+
Fransa Olimpiya Oyunlarını rəzil siyasətinin alətinə çevirib

Fransa Olimpiya Oyunlarını rəzil siyasətinin alətinə çevirib

 

Fransa Prezidenti Emmanuel Makron və onun rəhbərlik etdiyi hökumət hazırda ölkəsində keçirilən Paris-2024 Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, baş verən hadisələr tamamilə bunun əksini deyir. Prezident Emmanuel Makron yarıtmaz siyasəti ilə Fransanı Azərbaycana qarşı düşmən dövlətə çevirib. Təəssüflər olsun ki, bu, özünü Olimpiya Oyunlarının rəsmi açılış mərasimində də açıq şəkildə göstərib. Olimpiya Oyunlarının açılışının canlı yayımı zamanı Fransanın "Fr2" telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi anında  təxribatçı ifadələr səsləndirilıb.

 

Açılışdan canlı yayım nümayiş etdirən "France 2" kanalının aparıcısı Ermənistan oyunçuları keçəndə bunları deyib: "Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…" Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib. Bu, Fransa hakimiyyətinin siyasətinin eybəcər şəkildə Olimpiya kimi humanist, barışcıl hərəkata da köçürməsinin açıq-aydın göstəricisidir.

Dünya praktikasında idmanı siyasətə bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Ona görə ki, idman dağıdıcı deyil, birləşdiricidir, o, sülhə, əmin-amanlığa xidmət edir. Əsrlər boyu idman millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran  ən yaxşı vasitə hesab olunub. Amma hazırda özünü "demokratiyanın, söz azdlığının beşiyi" hesab edən,  Azərbaycanın beynəlxalaq aləmdə qazandığı uğurları həzm edə bilməyən, Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışan, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə can atan, bu niyyətlə erməni işğalçılarını müasir silahlarla silahlandırmaqda davam edən Makron Fransası bu adi həqiqəti hələ də ya dərk etmir, ya da dərk etmək istəmir.

Olimpiya Oyunlarının tarixinə nəzər salanda görürük ki, bu mühüm tədbirin açılışlarında sülhə, müharibə və münaqişələrə son qoyulmasına çağırışlar edilir. Yəni, olimpizmin əsas idealları həmişə Yer üzünün bütün sakinlərinin dinc yanaşı yaşaması, xalqlar arasında hörmət və qarşılıqlı anlaşma, dinc cəmiyyətin yaradılması, insan ləyaqətinin qorunması, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı uğrunda mübarizə olub. Paris isə Olimpiadada bu tarixi ənənələrə məhəl qoymadı, ona arxa çevirdi. Doğrudur, Fransa bütün siyasi dairələrdə İrəvanı dəstəkləyir, daim onun təəssübünü çəkir, qayğısına qalır. Bu, Fransanın öz işidir, bunu ona kimsə qadağan etmir. Amma Parisin Olimpiya hərəkatının humanizm prinsiplərinə zidd gedərək onun ümumbəşəri  prinsip və dəyərlərinə əks addımlar atmağa heç bir mənəvi haqqı yoxdur.

Parisin ikrah doğuran bu addımı diqqətlərdən kənarda qalmayıb. Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bildirib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən "France 2" telekanalına sanksiya tətbiq edilməlidir. O, həmçinin bildirib ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: "Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki Olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır". Politoloq onu da vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir: "Olimpiya Xartiyasında qeyd edilir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir. Polineziya, Korsika, Melaneziya, Karib və Antil adalar qrupundan olan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən, məşğulluq sektorunda və mənzillərin əldə edilməsinə çıxışda ayrı-seçkilik, eləcə də təbii sərvətlərin istismarı və ya məsələn, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınmışdır".

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb və Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Bəyanatda deyilir: "Bu, faktiki olaraq Olimpiya Xartiyasının əsas prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə "Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı" ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, "BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır".

Qərbi Azərbaycan İcması da Fransanın bu qərəzli hərəkətləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır: "Qərbi Azərbaycan İcması 2024-cü il Paris Olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir".

Ümumiyyətlə, müşahidəçilər qeyd edirlər ki, Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran məqam olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını  məkrli siyasətinə alət edib. İdmanı da siyasətə bulaşdırıb. Bununla da özünü beynəlxalq aləmdə bir daha biabır edib. Buna görə də Yay Olimpiya Oyunları bu gün haqlı olaraq dünyanın tənqid hədəfinə çevrilib.

Lakin bütün bu xoşagəlməz hallar idmançılarımızın əzmkarlığına, mübarizələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan idmançıları həmişə olduğu kimi, bu dəfə də parlaq çıxışları ilə yadda qalacaqlar. Çünki idmançılarımızın hədəfi Parisi fəth etmək, yarışlarda rəqiblərinə qalib gələrək üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir! İnanırıq ki, Olumpiadada iştirak edən idmançılarımız ölkəmizin  şərəfini layiqincə qoruyacaq, qələbələri ilə Azərbaycan xalqını sevindirəcəklər. 

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!