14 Oktyabr 2022 00:59
535
DÜNYA
A- A+
Fransa hökuməti tətilçiləri hədələyir

Fransa hökuməti tətilçiləri hədələyir

 

Qısa fasilədən sonra Fransanı yenidən tətillər bürüyüb. "Total" və "Exxon" şirkətlərinin neft emalı zavodlarının işçilərinin artıq üçünçü həftədir ki, davam edən tətili nəticəsində ölkənin regionlarında yanacaq qıtlığı yaranıb. Həmkarlar ittifaqları təşkilatları işçilərin əməkhaqlarının 10 faiz artırılmasını tələb edir və tətili dayandırmaq niyyətində olmadıqlarını bildirirlər.
Fransanın baş naziri Elizabet Bornun neft anbarlarının hərbçilərin iştirakı ilə rekvizisiya olunacağı barədə hədəsinə baxmayaraq, Normandiyanın Port Jerom şəhərindəki neft emalı zavodunda keçirilən tətil yenidən bərpa olunub.  Frans Press agentliyi xəbər verir ki, Fransa hökumətinin formal olaraq başlatdığı prosedura əsasən, yəni məhkəmə təqibi təhlükəsi altında "Esso" şirkətinin Notr-Dam-de - Qravenşon şəhərindəki neft bazasının əməkdaşları işə getməyə məcbur edilə bilər. Lakin bu halda neftçilər də məhkəməyə müraciət etməklə hədələyirlər.
"Exxon Mobil" şirkətinin həmkarlar ittifaqlarının əlaqələndiricisi Kristof Ober neftçilərin tətil hüququnun pozulmasından  şikayətlənir: "Bilməlisiniz ki, biz mübarizə aparacağıq, bu qərar tətil hüququmuza açıq-aşkar meydan oxuyur! Təəssüflər olsun ki, artıq qanuna əməl olunmur, azadlıqlarımız pozulur. Bizim tətil hüququmuz birbaşa hücuma məruz qalır, buna imkan verməyəcəyik".
Çərşənbə günü Fransadakı yeddi neft emalı zavodundan altısını, o cümlədən "Exxon Mobil" şirkətinin iki zavodunu yenidən tətil dalğası bürüyüb.  
Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqlarını tətilləri dayandırmağa çağırıb və eyni zamanda bildirib ki, enerji şirkətlərinin rəhbərləri işçilərin qanuni əməkhaqqı tələblərinə əməl etməlidirlər.
Hazırda ölkədəki yanacaqdoldurma məntəqələrinin təxminən 30 faizi bağlanıb və ya bütün yanacaq növlərini təklif edə bilmir. Paris bölgəsində və Yuxarı Fransada xüsusilə ağır vəziyyət yaranıb. Bəzi departamentlər məhdudiyyətlər tətbiq ediblər və bir avtomobil üçün 30 litrdən çox yanacaq verilmir.
Tətillər Fransada çox fərqli reaksiyalara səbəb olub, bəzi vətəndaşlar yanacaq çatışmazlığından narazılıqlarını ifadə edir və onlara işləmək üçün avtomobillərə ehtiyac olduğunu xatırladırlar. 
Ancaq tətilçilərə rəğbət bəsləyənlər də az deyil. Xüsusən də yaşayış dəyərinin yüksəlməsi və  enerji şirkətlərinin gəlirlərinin sürətlə artması fonunda əhali tətilçiləri müdafiə edir. 
Ümumilikdə son vaxtlar Fransada tətillər ənənəvi hal alıb. Məsələn, bu il iyunun 2-də energetika və qaz işçilərinin ümummilli tətili səbəbindən ölkənin 200 min sakini işıqsız qalıb, onlar da maaşların artırılmasını tələb ediblər. Həmin gün ölkə diplomatları da tətilə başlayıblar. Onlar Xarici İşlər Nazirliyində aparılan islahatlara etiraz ediblər. İslahatlar nəticəsində Fransada XİN işçilərinin sayı iki dəfə azaldılmalıdır.
Bu ilin əvvəlində həmçinin Parisdə nəqliyyat işçiləri maaşların artırılması tələbi ilə tətil keçiriblər. Nəticədə fevralın 18-də Paris metrosu işləməyib. 
Bu siyahıda "sarı jiletlilər"in mütəmadi tətilləri və qalmaqallı etiraz aksiyaları da xüsusi  yer tutur.

Rizvan CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!