24 Aprel 2024 08:25
316
SİYASƏT
A- A+
Fransa delimitasiyanın başlanmasını niyə təqdir etmir?

Fransa delimitasiyanın başlanmasını niyə təqdir etmir?

 

 

4 kəndin Azərbaycana qaytarılması ilə bağlı Parisin susqunluğu Makron hakimiyyətinin regionda münasibətlərin normallaşmasında maraqlı olmadığını bir daha təsdiq edir

 

Son üç il yarım ərzində Azərbaycanın ard-arda əldə etdiyi qələbələrin fonunda neokolonialist Fransanın ölkəmizə qarşı yürütdüyü aqressiv siyasət göstərir ki, Paris bölgədəki yeni reallıqları heç cür həzm edə bilmir. Üstəlik Bakının Fransanı siyasi, diplomatik platformalarda məğlubiyyətlərə uğratması, onun neokolonialist siyasətini dünyada ifşa etməsi Yelisey sarayını dərindən sarsıdıb. Bütün bunlara görədir ki, Makron hökuməti ardıcıl olaraq yanlış addımlar atır, səhv qərarlar verir. 
Aprelin 16-da Azərbaycandakı səfirini Parisə çağırması da Makron hökumətinin növbəti yanlışı kimi tarixə yazıldı. 
44 günlük müharibədən, xüsusilə də Azərbaycanın suverenliyini təmin etməsindən sonra Bakı ilə Paris arasında diplomatik əlaqələr ikinci tərəfin davamlı siyasi təxribatları nəticəsində onsuz da yaxşı deyildi, sözügedən fakt isə bu münasibətlərə daha bir zərbə oldu. 

 

Məkrli və uğursuz gedişlər

 

Fransa Azərbaycanla münasibətləri pozmaq üçün məkrli gedişlər etməyə çalışır və hadisələrin bu həddə çatmasında birtərəfli olaraq Azərbaycanı günahlandırır. Bununla dünyada ölkəmizə qarşı mənfi rəy formalaşdırmaq istəyir, koloniyasına çevirmək istədiyi Cənubi Qafqazla bağlı siyasətini həyata keçirmək üçün özünə ortaqlar axtarır. Ancaq Makron hökuməti özü də yaxşı fərqindədir ki, budəfəki gedişi də əvvəlkilər tək fiaskoya məhkumdur. 
Həm Vətən müharibəsi dövründə, eləcə də ondan sonrakı müddətdə Emmanuel Makron beynəlxalq təşkilatlar vasitəsilə qərəzli qətnamələr qəbul etdirməklə ölkəmizə qarşı sanksiyalara nail olmağa çalışıb. BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olub. 
Amma riyakar Fransanın heç bir hüquqa dayanmayan təklif və tələbləri gözlədiyi beynəlxalq dəstəyi almayıb. 
Yelisey sarayının azərbaycanofob siyasəti o həddə çatıb ki, mədəniyyətimizə qarşı da düşmənçilik aparır. Bunu Avropanın bu "mədəniyyət beşiyi" sayılan ölkəsində Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı həyata keçirilən vandalizm aktının timsalında da aydın görmək mümkündür. 
Azərbaycan hər zaman Fransanın yürütdüyü neokolonialist, şovinizm, ksenofobiya və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini ifşa edir. 
Bu gün Bakı Fransanın əsarətində inləyən xalqların azadlıq tribunasına çevrilib, onların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırır, Parisin çirkin simasını göstərir. 
Azərbaycanın Fransanın casus şəbəkəsini çökdürməsi bu ölkənin onsuz da sürətlə düşən imicinin yerlə bir olmasına səbəb oldu, geosiyasi planlarını, oyunlarını dünyaya faş etdi. 
Bütün bunlar isə Makron hökumətinin qəzəbinə səbəb olub. Buna görə də hətta onlar Azərbaycan şairinin heykəlinə hücum etmək kimi səviyyəsizlik nümayiş etdirirlər. Halbuki Fransa hər zaman özünü dünyaya "mədəniyyət", "humanizm" ünvanı kimi sırıyır. Əslində isə XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyünün Parisin İnsan Muzeyində saxlanılaraq nümayiş etdirilməsinin özü belə Fransanın mədəniyyətdən, humanizmdən çox uzaq olduğunu göstərən faktdır.

 

Paris sülh prosesinə mane olur 

 

Cənubi Qafqaza yerləşmək kimi xam xəyalların arxasınca düşən Makron hökuməti son üç il yarım müddətdə açıq şəkildə Ermənistana hərbi yardım verməklə, separatçıları dəstəkləməklə regionda yenidən münaqişə yaranması, müharibə başlaması üçün planlar həyata keçirir. Hər vəchlə iki ölkə arasında normallaşmaya mane olmağa çalışır. Hələ 2023-cü ildə məhz Makronun təxribatı nəticəsində Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina etmişdi. 
Bu il fevralın 17-də Münxendə Bakı və İrəvanın liderlər səviyyəsində keçirdiyi görüşdən dərhal sonra da Ermənistanın baş naziri Nikol Paşinyan E.Makronun təhriki ilə Parisə yola düşərək orada Azərbaycana qarşı böhtanlar səsləndirdi və  bütün bunlar sülhə birbaşa zərbə vurdu. 
Bir tərəfdən Fransa Ermənistanı silahlandıraraq revanşa qızışdırır, digər tərəfdən də riyakarlıqla vasitəçi kimi danışıqlarda iştirak etmək istəyir. Lakin yuxarıda gətirdiyimiz bəzi nümunələrdən də aydın göründüyü kimi, Fransa iki ölkə arasında normallaşmanın, ümumiyyətlə, Cənubi Qafqazda barışın əldə olunmaması üçün sülh prosesinə maneçilik törədir.  
O da bir başqa faktdır ki, Fransa Azərbaycan ilə Ermənistan arasında münaqişənin danışıqlar yolu ilə nizamlanmasında ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində vasitəçi olaraq 25 illik fəaliyyəti dövründə də sülh istiqamətində heç bir əməli fəaliyyət göstərməyib. Onilliklər boyu çalışıb ki, məsələ Ermənistanın xeyrinə əbədi olaraq dondurulsun. 
Hazırda da Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirməsi Fransanın addımlarının sülhə xidmət etmədiyini gün kimi ortaya qoyur.  
Elə Qazaxın 4 kəndinin azad edilməsi ilə delimitasiya proseslərinə start verilməsinə heç bir reaksiya göstərməməsi və susqunluğu da Makron hökumətinin sülh prosesində maraqlı olmadığını göstərir.
Bildirək ki, qeyri-anklav 4 kəndin qaytarılması barədə əldə olunan razılaşmadan dərhal sonra beynəlxalq ictimaiyyət tərəfindən bir-birinin ardınca məsələni alqışlayan açıqlamalar gəldi. ABŞ Dövlət Departamenti, NATO, Aİ, BMT kimi nüfuzlu təşkilatlar, o cümlədən Böyük Britaniya, Almaniya, İsveç, Norveç və digər ölkələr tərəfindən də verilən açıqlamalarda Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunmasının təqdirlə qarşılandığı bildirildi. 
Ancaq delimitasiya prosesinin başlaması ilə bağlı Parisin təqdiredici açıqlamasını görmədik. Görünür, Cənubi Qafqazda sülhün əldə olunması üçün iki ölkənin heç bir vasitəçiyə lüzum görmədən masa arxasında razılaşma əldə etməsi və ya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlik addımlar Fransanı qane etməyib. Buna görə də "sülhpərvər" Paris məsələ ilə bağlı səsini çıxarmır.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!