17 Aprel 2024 08:45
229
SİYASƏT
A- A+

Fransa Cənubi Qafqazda məğlubiyyətə məhkumdur

 

"Makron hakimiyyəti nüfuzdan düşmüş Fransanı dirçəltmək üçün yeni regionlarda, xüsusən də Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Bu məqsədlə də zəif və heç vaxt müstəqil dövlət olmağı bacarmayan Ermənistandan alət kimi istifadə edir. Himayədarlarına xidmət göstərən İrəvan isə saxta vədlərə inanır və ölkəmizə qarşı müxtəlif təxribatlar törətməkdən əl çəkmir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat bildirib ki, Fransa tarixboyu zəif və gücsüz dövlətlərə qarşı müstəmləkəçilik siyasəti həyata keçirib, xalqlarını soyqırımına məruz qoyub: "Lakin bir sıra Afrika dövlətləri Fransanın boyunduruğundan artıq azad olublar və bu proses davam edir. Müstəqil və suveren yaşamaq istəyən Fransa müstəmləkələrinə Azərbaycan tərəfindən də siyasi və mənəvi dəstək göstərilir. Çıxılmaz vəziyyətə düşən Paris xilas yolunu Cənubi Qafqazda möhkəmlənməkdə görür. Bu məsələdə "kiçik bacı"sı Ermənistana arxayındır, çünki yaxşı bilir ki, əgər söhbət hansısa təxribatın, cinayətin və çirkin planların həyata keçirilməsindən gedirsə, deməli, İrəvan bunun üçün əlindən gələni edəcək".
Deputatın sözlərinə görə, Fransa başda olmaqla, bəzi Qərb dövlətlərinin Ermənistana havadarlıq etməsinə baxmayaraq, Azərbaycan təkbaşına bu ölkə üzərində zəfər çalaraq torpaqlarını işğaldan azad edib. 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində Ermənistan Azərbaycan Ordusunun və xalqımızın nəyə qadir olduğunu görüb.  Elə ona görə də Azərbaycanla sülh sazişi imzalamaq üçün razılığını ifadə edib. Antiterror tədbirlərindən sonra beş ay müddətində Ermənistanla şərti sərhəddə silah səsləri eşidilməyib və sabitlik hökm sürüb. Lakin Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına böyük ümidlər yaradan bu situasiya Fransanın qızışdırıcı mövqeyi ilə darmadağın edilib. 
"Fransa yalan vədləri ilə Ermənistan hakimiyyətinə təsir göstərməyi bacarır. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransında da Ermənistana yeni vədlər verilib. Beləliklə, Azərbaycanla sülh bağlamaması üçün İrəvana növbəti təlim keçirilib.  Görüşdə məhz Azərbaycanla düşmən münasibətləri ilə seçilən şəxslərin iştirakı Ermənistandakı revanşist qüvvələri daha da ruhlandırıb", - deyə müsahibimiz qeyd edib.
Kamilə Əliyeva vurğulayıb ki, Makron hakimiyyətinin müxtəlif ölkələrdən olan "sözçü"ləri də Fransanın Cənubi Qafqazda hərbi mövcudluğunu dəstəkləyirlər: "Lakin unudurlar ki, Ermənistan və onun böyük havadarı olan Fransanın təxribatlarına baxmayaraq, rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etməyə məcburdur. ABŞ və Avropa İttifaqının ermənilərə verdiyi vədlər və ayırdığı dilənçi pulları ilə Ermənistanın inkişafa nail olması mümkün deyil. Bu baxımdan əminliklə qeyd edə bilərik ki, Fransa regionumuzu yenə də üzüqara və məğlub halda tərk etməyə məhkumdur".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video