30 Aprel 2024 02:15
1311
Fərmanlar
A- A+

"Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nin 92-ci maddəsinin birinci hissəsində və 93-cü maddəsinin mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 92-ci maddəsinin birinci hissəsində və 93-cü maddəsinin mətnində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin 14.1-ci bəndində "və Nazirliyi" sözləri ", Nazirliyi və digər dövlət orqanlarını (qurumlarını)" sözləri ilə əvəz edilsin.  
4. "Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi və "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" 2007-ci il 11 aprel tarixli 562 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 avqust tarixli 803 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1386 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video