30 İyul 2024 08:06
738
İDMAN
A- A+
Fransa Azərbaycan bayrağının kölgəsində qaldı

Fransa Azərbaycan bayrağının kölgəsində qaldı

 

İlk qızıl medal

 

Parisdə təşkil olunan Olimpiya Oyunlarında günlər ötdükcə hər bir idman növündə yarışlar gərgin və maraqlı xarakter almağa başlayıb. Şübhəsiz ki, Azərbaycan Fransada yarışan atletlərimizdən medallar gözləyir.

Hər gün milyonlarla tamaşaçıların nəbzi Parisdə idmançılarımızla vurur. Sevindirici haldır ki, artıq dünən ölkəmizin aktivinə medal yazılıb. Özü də əyarı qızıldır. Belə ki, cüdoçumuz Hidayət Heydərov medal həsrətinə son qoydu.

Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi.

Özü də finalda fransalı həmkarını məğlub etməklə. Necə deyərlər, Fransa Azərbaycan bayrağının kölgəsində qaldı.

Onu da vurğulayaq ki, idman yarışları hər zaman siyasət meydanına çevrilməyib. Amma Fransanın son 4 ildə Azərbaycana qarşı hücumları, qarayaxma kampaniyaları Olimpiya Oyunlarında da özünü bir daha biruzə verdi. Belə ki,  Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransanın "France 2" telekanalının canlı yayımında şərhçilər Azərbaycanla bağlı təxribat xarakterli açıqlamalar verdilər. "Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan Ordusunun əlinə keçməsi ilə nəticələnib", - deyə kanal şərhçiləri qeyd etdilər. Azərbaycanın "Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası" kimi təqdim edilməsi fonunda şərhçi bildirdi ki, Ermənistan tarixən fransızların qəlbinə yaxın ölkədir".

Bu, açıq-aşkar Fransanın Azərbaycana qarşı təxribatının barız təcəssümüdür. Amma Hidayət bu zəfəri ilə fransız təxribatına layiqli cavab verdi.

 73 kq çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Butbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Butbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb.

H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda   kosovalı Akil Qyakova ilə üz-üzə gəlib. Bu mərhələdə də rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb.

Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da, Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atmış oldu.

Final görüşündən sonra Hidayət Heydərov çempion olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib: "Bütün Azərbaycan xalqına "sağ ol" deyirəm.  Biz həmişə qalib gələcəyik. Çünki qalib xalqın övladlarıyıq. Yaşasın Azərbaycan!"

Hidayət Fransa paytaxtında yerli idmançı ilə final qarşılaşmasındakı qələbəsindən də danışıb: "Fransalı rəqibə zalda daha böyük dəstək var idi. Onlar qışqırdıqca, mən də rəqibə qışqırırdım, onu elə qorxudurdum. Fransada himni səsləndirəcəm.

Bir dəfə Monpelyedə Avropa çempionu olmuşam. Çox gözəl şərhlər yazmışdılar. İndi fransalılar yenə Azərbaycan himnini ayaqüstə dinləməli olacaqlar".

Hidayət Heydərov 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan qəhrəmanımız altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olur.

Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır.

2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur.

Heydərov sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, Olimpiya oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, 2017-ci ildə Varşavada, 2022-ci ildə Sofiyada, 2023-cü ildə Monpelyedə, bu il isə Zaqrebdə bütün rəqiblərini üstələyib. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi də bacarıb.

Hidayətin dünya çempionluğu arzusu isə gec reallaşdı. O, bəzən hakim haqsızlığı, bəzən xırda səhvlərdən qızıla çata bilmirdi. Daha əvvəl Bakı, Tokio və Daşkənddə qızıla iddia edən cüdoçu yekunda bürünc medalla kifayətlənib. Bu il isə o, çoxdankı arzusuna çatdı. Avropa və dünya çempionluqlarından əlavə, Heydərov Avropa Oyunlarında, Yay Universiadasında, İslam Həmrəyliyi oyunlarında medal qazanmağa müvəffəq olub.

Abu-Dabidəki dünya çempionatı boyu Hidayət gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda isə o, hazırkı Asiya çempionu, yaponiyalı Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Lakin Hidayət təslim olmayıb. Əzmkarlıq göstərən idmançımız vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Abu-Dabidə Azərbaycan Bayrağını dalğalandırıb.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!