FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi fəallıqları ilə seçiliblər.
Döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad olunmuş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN işçilərinin həmkarlar ittifaqı DYMX-nin əməkdaşları ilə görüşlər keçirir.
Belə görüşlərdən biri də Füzuli rayonunda FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılovun və FHN DYMX Füzuli rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Görüşdə çıxış edən Mehman İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin xalq-ordu birliyinin təzahürü olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində hər kəsin üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər olduğunu və nəticədə düşmən tapdağı altındakı torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vurğulayıb.
Həmçinin döyüşlər zamanı FHN dövlət yanğından mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib. Cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri xüsusi qeyd olunub. Nəticədə baş verən yanğınları söndürərkən həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri birmənalı şəkildə vurğulanıb.
M.İsmayılov diqqətə çatdırıb ki, həmkarlar ittifaqı tərəfindən mütəmadi olaraq əməkdaşların problemlərinin həlli, onların iş şəraitinin düzgün qurulması istiqamətində lazımi addımlar atılır. Bu görüşlərin məqsədi isə Vətən müharibəsində xidməti ilə seçilən yanğınsöndürənlərin qəhrəmanlığını qiymətləndirməkdir. Bu kimi görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Görüşdə Füzuli rayon dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!