25 May 2025 09:45
792
İDMAN
A- A+
Fernandu Santuş söz-söhbətlərə son qoydu

Fernandu Santuş söz-söhbətlərə son qoydu


"Komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar"


"Yaxşı komandaya qarşı oynayacağıq. Düzgün hazırlaşıb qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. Kimləri istəyirdimsə, onları milliyə çağırmışam". Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş keçirdiyi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis əvvəlcə Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq oyunları üçün seçdiyi heyət ilə  bağlı deyib: "Bəzi futbolçulara zədə səbəbindən dəvət göndərmədim. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan öncəki təlim-məşq toplanışına Ramil Şeydayevlə Ozan Can Kökçü də çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün oyuna dəvət almayıblar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar. Amma öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar. Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizəsində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturam. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim heyətdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Biri Renat Dadaşovdur. Milliyə dəvət olunan futbolçular mütəmadi oynamalıdırlar.  Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da  gələcək".

Santuş qarşıdakı iki oyunda baş verə biləcək uğursuzluqlardan sonra mümkün istefası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə cavab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır. Bu layihə uzun yoldur. Bir çox oyunçu bizimlə toplanışda olub, bizi tanıyır. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm".

Baş məşqçi Azərbaycan Premyer Liqasının səviyyəsinin normal olduğunu da bildirib: "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Ümumi çempionatı nəzərə alsaq, 5 bal verərdim. 10 komandadan 3-4-ü yuxarı pillələr uğrunda mübarizə aparır. Hər komanda istəyinə çatmağa çalışır".

70 yaşlı mütəxəssis qeyd edib ki, gənc futbolçulara şans vermək hazırda çox vacibdir: "Yoldaşlıq görüşləri odur ki, oyunçuları sınayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Lazımdır ki, onların gələcəkdə millidə oynamaq imkanının olub-olmamasını görək. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da təkrarlandı".

Santuş "Gənc qapıçılara yox, "Qarabağ"da mütəmadi oynamayan Şahruddin Məhəmmədəliyevə niyə şans verirsiniz" sualını isə belə cavablandırıb: "Qapıçılıq futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, bu ona kömək edəcək". 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!