Fantastika
İspaniya - Rusiya - 1:1 (əlavə vaxt)
Qollar: İqnaşeviç, 12 (avtoqol) -
Dzyuba, 41 (pen.)
Penalti seriyası: 3:4
Moskva. “Lujniki” stadionu
Rusiyadakı mundialda bir-birindən maraqlı qarşılaşmaların və sürpriz nəticələrin şahidi olmaqdayıq. Belə nəticələrdən biri də 1/8 final mərhələsinin Rusiya-İspaniya matçında qeydə alındı.
Qarşılaşmanın təhlilinə keçməzdən öncə xatırlatmaq istərdik ki, çempionatın açılış oyununda Rusiyanın baş məşqçisi Stanislav Çerçesovu tənqid hədəfinə almış, rusiyalı həmkarlarımızın çalışdırıcı ilə bağlı fikirlərini ön plana çıxarmışdıq. Ancaq görünən odur ki, Çerçesov təkcə ölkəsini deyil, dünyanı təəccübləndirməkdə davam edir. Baxımlı futbol, mükəmməl oyun üslubunun şahidi olmasaq da, İspaniya ilə qarşılaşmada əzmkarlıq, mübarizlik və psixoloji hazırlıq komandanı 1/4 finala yüksəltdi.
Matçdan öncə komandaların oyunlarını təhlil etdikdə belə bir qənaətə gəlmişdik: 2012-ci ildə Avropa çempionu olduqdan sonra böyük yarışlarda uğursuzluqla üzləşən İspaniya millisi yenə topa sahib olmadı və dəqiq ötürmələrin faizində lider olsa da, göstərdiyi nəticələr gələcəyə nikbin baxmağa əsas vermirdi. Qısa ötürmələrə üstünlük verən İspaniya oyunu, əsasən hücumda keçirməsinə baxmayaraq, az qala, qapıçı meydançasından rəqib qapısına zərbə vurmağa çalışırdı. Öz qapısından 5 top buraxan komandanın müdafiə xətti isə 1/8 finalçılar arasında ən zəiflərdən biridir. Amma elə hesab edilirdi ki, ispanların bəxtinə pley-offda ən zəif hesab olunan Rusiya çıxıb. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...
Rusiya millisi isə A deyil, digər qruplarda yer alsaydı, çətin 1/8 finala çıxardı. Komandanın məhsuldarlığı rəqiblərin zəifliyi ilə bağlıdır. Amma unutmayaq ki, tarixlərində ilk dəfə qrup mərhələsini adlamaqla əsas hədəflərinə çatan rusların ispanlarla oyuna daha rahat çıxmaları onlara əlavə üstünlük verirdi ki, bundan maksimum yararlandılar.
Hollandiyalı referi Bjorn Kuipersin idarə etdiyi oyunun 12-ci dəqiqəsində rusiyalı futbolçu Sergey İqnaşeviç avtoqolla İspaniya millisini hesabda önə çıxarıb. 41-ci dəqiqədə Pikenin əllə oyununa görə hakim İspaniya millisinin qapısına penalti zərbəsi təyin edib. Artyom Dzyuba zərbəni dəqiq vuraraq hesabda tarazlığı bərpa edib.
Fasilədən sonra komandalar təhlükəli vəziyyətlər yaratsa da, top qapıdan keçməyib və matç 1:1 hesabı ilə başa çatıb.
Qalib müəyyənləşmədiyi üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyiblər və qalibin kimliyi penalti seriyasında bəlli olub. Zərbələri dəqiq yerinə yetirən Rusiya millisi 4:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!