04 May 2024 14:29
397
DÜNYA
A- A+

Everesti fəth etmək üçün icazələrin sayı azalacaq


Nepalda Ali Məhkəmə Everest zirvəsinə qalxmaq üçün verilən icazələrin sayını məhdudlaşdırmaq barədə qərar çıxarıb. Trend xəbər verir ki, məsələyə baxılmasına səbəb vəkil Dipak Bikrom Mişranın verdiyi ərizə olub.
Məhkəmə icazələrin verilməsini azaltmaqla yanaşı, qurbanların təcili təxliyəsi üçün təyyarəyə ehtiyac duyulduğu hallar istisna olmaqla, baza düşərgələri ilə zirvə arasında səyahət etmək üçün helikopterlərdən istifadəni də qadağan edib. Bundan əlavə, indi Everestə qalxmaq istəyənlər ərizədə alpinistlər qrupunda neçə nəfərin olacağını qeyd etməli və özləri ilə aparacaqları əşyaların siyahısını əlavə etməlidirlər.
Nepal Turizm Departamentinin məlumatına görə, 2023-cü ildə 478 xarici ölkə vətəndaşına Everestə qalxmaq icazəsi verilib, onlardan 287 nəfəri zirvəyə qalxa bilib. Daha 359 alpinist “Şerpa” bələdçilərinin köməyi ilə dağa qalxıb. Beləliklə, Yer kürəsinin ən yüksək zirvəsini ziyarət edənlərin ümumi sayı 646 nəfər olub.
Nepalın Ali Məhkəməsi öz qərarında ölkə üçün turizmin əhəmiyyətini vurğulasa da, dağa dırmanmanın populyarlığının Everestin ekologiyasını təhdid etdiyinə diqqət çəkib. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video