06 May 2024 19:12
310
DÜNYA
A- A+

Everestə qalxmaq icazə ilə olacaq


Nepal Ali Məhkəməsi ölkə hökumətinin üzərinə Everestə və digər dağ zirvələrinə qalxmaq üçün icazələrin sayını məhdudlaşdırmaq, həmçinin dağlıq regionda ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi üzrə tədbir görmək öhdəliyi qoyub.

"Azərbaycan" qəzeti bu barədə xarici mediaya istinadla xəbər verir.

Dünyanın on ən yüksək zirvələrindən səkkizi Nepalda yerləşir. Bu ölkə xüsusilə də dağa qalxmaq üçün daha uyğun şəraitin olduğu yaz aylarında yüzlərlə macəra axtarışında olanları özünə cəlb edir.
Yerli vəkil Dipak Bikram Mişranın ekoloji ziyan vuran turizm axınını məhdudlaşdırmağı tələb edən petisiyası Nepal Ali Məhkəməsinin qərarı üçün əsas rolunu oynayıb.

Məhkəmə qərarının xülasəsində qeyd olunur ki, dağların əzəmətinə hörmətlə yanaşılması və icazələrin sayının müvafiq həddinin müəyyən edilməsi vacibdir.

Qərar aprelin sonlarında qəbul olunsa da, bu həftə dərc edilib. Bu sənədin tam mətni dərc edilmədiyi üçün zirvələrə qalxmaların məhdudlaşdırılacağı icazələrin sayı hələ məlum deyil.

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video