23 Yanvar 2026 14:28
774
İDMAN
A- A+
“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib


Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, qurumun idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.

MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stresə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.

Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. Çingiz Hüseynzadə gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Etika Akademiyasının rəhbəri Günel İbrahimə Milli Olimpiya Komitəsi tərəfindən təşəkkürnamə təqdim edilib. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənan Kərimzadə: Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq 

14:10
04 Mart

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib  

14:06
04 Mart

Bəzi yerlərdə yağış və qar yağacaq, sabah gündüz yağıntılar tədricən kəsiləcək 

14:00
04 Mart

Nazir müavini: Məşğulluğun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq əhəmiyyətlidir  

13:22
04 Mart

Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

13:00
04 Mart

BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin

12:59
04 Mart

AHİK 250 tələbəni “Həmkarlar İttifaqı Təqaüdü” ilə mükafatlandırıb

12:58
04 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

12:56
04 Mart

Türkiyənin 35 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 184 nəfər saxlanılıb

12:55
04 Mart

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

12:40
04 Mart

“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

12:33
04 Mart

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

12:18
04 Mart

Günün ilk yarısında İrandan 29 nəfər təxliyə edilib

12:13
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

12:11
04 Mart

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub YENİLƏNİB  

12:07
04 Mart

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

11:57
04 Mart

Xocalı həqiqətləri ABŞ auditoriyasına çatdırılıb

11:48
04 Mart

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!