20 Fevral 2022 02:20
1035
SİYASƏT
A- A+
Əsl vətəndaşlıq missiyası

Əsl vətəndaşlıq missiyası

 

Vətən müharibəsindəki qələbədən sonra müasir tarixinin yeni mərhələsinə qədəm qoyan respublikamız Prezident İlham Əliyevin müdrikliyi ilə növbəti uğurlara imza atır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahədə mühüm makroiqtisadi göstəricilərin əldə olunması bu dövrün əsas uğurlu prosesləridir.

 

Mehriban Əliyevanın təşəbbüsləri ilə görülən işlər çoxşaxəli və misilsizdir

 

Belə bir vaxtda hər kəsin mənəvi borclarından biri öz əməlləri və fəaliyyəti ilə respublikamızın bu uğurlarına layiqli töhfələr verməsidir. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uzun illərdir ki, müxtəlif istiqamətlərdə həyata keçirdiyi fəaliyyət hər kəs üçün ən gözəl örnəkdir.

İşgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Ona görə Mehriban Əliyevanı xarakterizə edən məqamlar da olduqca əhatəlidir. Bu fəaliyyətin bir istiqamətini milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması təşkil edir. İndiyədək keçirilən muğam musiqi müsabiqələri, dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili məhz Azərbaycanın təbliğinə, dünyada tanıdılmasına xidmət edib. Həmçinin tarixi abidələrin bərpası, təhsil və səhiyyə sahəsində layihələrin həyata keçirilməsi daim Mehriban Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib. Təhsilin, xüsusən məktəbəqədər təhsilin inkişafında Mehriban Əliyevanın təşəbbüsləri ilə görülən işlər çoxşaxəli və misilsizdir.

Mehriban Əliyeva həm də xeyriyyəçi və qayğıkeş insandır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayarkən ehtiyacı olanlara qayğı göstərilməsini qarşıya əsas vəzifələrdən biri kimi qoyan Mehriban Əliyeva hər zaman valideyn himayəsindən məhrum olmuş və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların, kimsəsiz insanların yanındadır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı insanlara, xəstəliklərdən, o cümlədən irsi qan xəstəliklərindən, talassemiya və diabetdən əziyyət çəkən vətəndaşlara kömək göstərilməsinə yönəlmiş müxtəlif proqramlar məhz bu məqsədə xidmət edir. Bu xeyriyyəçilik tədbirlərinin nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb.

İctimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir. Öz fəaliyyəti ilə partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.

Mehriban Əliyeva ona həvalə edilən bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində,

I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında onun rəhbərliyi ilə Təşkilat komitəsi Azərbaycanı bütün dünyada ideal evsahibliyi edən ölkə kimi tanıdıb.

 

Cəmiyyətin məmnuniyyət və minnətdarlıqla qarşıladığı fəaliyyət

 

Mehriban Əliyeva genişmiqyaslı, müxtəlif sahələri əhatə edən fəaliyyətinin bütün cəhətləri ilə xalqın yanında olan siyasi-ictimai xadimdir. O, insanların güvənc yeridir, dayağıdır. Ona görə də 5 il əvvəl - 2017-ci il fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması alqışlarla, dərin minnətdarlıqla qarşılandı.

Bu dövrdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti regionda və dünyada Azərbaycanın daha da tanıdılmasında, layiq olduğu yüksək imicin formalaşmasında müstəsna rol oynayır. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Ən əsası, bu tədbirlər dövlət siyasətinin daha böyük uğurlar qazanmasına xidmət edir.

Ötən 5 il Azərbaycanın müasir tarixində mühüm hadisələrlə əlamətdardır. Bu dövrün əsas hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev öz müdrik siyasəti və qətiyyəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Hələ döyüşlərin davam etdiyi günlərdə Azərbaycan xalqı Mehriban Əliyevanın necə yüksək vətənpərvərlik hisslərinə malik olduğunu gördü. Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi “İnstaqram” səhifəsində etdiyi paylaşımlar, kənd və şəhərlərimiz azad olunduqca ünvanladığı təbriklər cəmiyyətimizdə mövcud qələbə əzmini daha da gücləndirirdi. Azərbaycanın Birinci vitse-prezidentinin “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” sözləri hər kəsi riqqətə gətirdi, torpaqlarımızın azad olunacağı günlərin uzaqda olmadığını göstərdi.

Müharibə günlərində və ondan sonra Mehriban Əliyevanın döyüşlərdə yaralanmış hərbçilərimizin müalicəsini öz nəzarətinə götürməsi cəmiyyətimizin dərin minnətdarlığı ilə qarşılandı. Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə hospitala gedərək yaralılara baş çəkdi, onların müalicəsinin gedişi ilə maraqlandı.

Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa və quruculuq işlərində Mehriban Əliyevanın vətəndaşlıq missiyasını görürük. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırda Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrin bərpa olunmasında yaxından iştirak edir, bütövlükdə azad olunmuş torpaqlarımızın yenidən qurulmasına öz töhfələrini verir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət hər bir vətəndaş, bütövlükdə cəmiyyətimiz tərəfindən dərin məmnuniyyət, razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Çünki bu fəaliyyət bir mərama - Azərbaycanın yüksəlişinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!