26 Avqust 2021 01:54
2527
SİYASƏT
A- A+
Əsl Azərbaycan anası

Əsl Azərbaycan anası

 

Təbiət qadına analıq səadəti bəxş edəndə bununla yanaşı ona bir böyüklük də ərməğan verir. Analar mərhəmətli, məsuliyyətli, sərvaxt olar həmişə. Harada bir körpə ağlasa, onu özününkü bilib məhəbbətlə kökslərinə sıxarlar. Harada bir ehtiyaclı insan görsələr, ona əl tutmağa can atarlar. Dünyanın hər hansı bir yerindən gələn top-tüfəng səsini lap yaxınlıqda hiss edərlər. Şadlananla sevinməyi, dərdli ilə kədərlənməyi bacarır bizim analar...

Bəli, Azərbaycan anasına bu duyğular daha böyük səxavətlə verilib, ona ən ali mərhəmət hisslərindən daha çox pay düşüb. Bu gün biz bu timsallı ananı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsində görürük.

Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, Prezidentinin belə ömür-gün yoldaşı, dostu və silahdaşı, xalqının belə xeyirxahı, qayğıkeşi, analarının və körpələrinin belə həmdəmi, himayədarı var!

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri... Bu adların hər birinin arxasında böyük məsuliyyət, zəhmət və səriştə tələb edən vəzifələr dayanır. Onların hər birini layiqincə yerinə yetirmək üçün səbir, düşüncə, bilik və təcrübə vacibdir, əməli işlər görmək lazımdır.

Mehriban xanım Əliyeva bütün bu vəzifələrə üstəlik ana qəlbi və ana təmkini ilə yanaşır. Başladığı hər yeni layihəyə, keçirdiyi hər bir tədbirə ana qəlbinin odunu, hərarətini qatır. Bütün çıxışlarından ana səsi-sədası gəlir, bütün söhbətlərində ana qayğısı, nəvazişi duyulur. Azərbaycanın birinci xanımının daşıdığı böyük, müqəddəs bir ad da var - Ana adı!

Ana adı və missiyası Mehriban xanım üçün çox əzizdir. Ona görə də o, belə deyib: “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.

Azərbaycan xalqının leksikonunda qədim zamanlardan belə bir ifadə də var - el anası. Ehtiyacı olanın çətinliyini duymağı bacaran, dərdliyə həmdəmlik edən, yetimi sinəsinə çəkən, qısası, bir kəndin, bir obanın camaatına qayğı göstərməyə qadir olan genişürəkli xanımlara el anası deyiblər!

Azərbaycanın birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva bütün Azərbaycan xalqının xeyirxahı, həmdəmi, qayğıkeşidir. O, hamıya kömək etməyə, yaxşı işlərdə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan böyük Anadır!

Mehriban Əliyevanın xeyirxahlıq missiyası təkcə özümüzə deyil, bütün dünyaya bəllidir. Bu missiyanın bəhrələri özünü artıq Yer üzünün ayrı-ayrı guşələrində də göstərməkdədir.

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri sözügedən xəstəliklərdən əziyyət çəkən insanların, xüsusilə uşaqların pulsuz müayinə olunmasına və müalicə almasına, nəticədə şəfa tapmasına imkan yaradıb. Bu və digər xəstəliklərin aradan qaldırılmasına kömək edən neçə-neçə yeni tibb müəssisəsi, o cümlədən Talassemiya mərkəzi istifadəyə verilib.

Bakıda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi... Bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş tutur.

Hələ biz “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələri demirik...

Bir zamanlar uşaq evindəki balaca oğlan və qızların o qədər də yaxşı qidalanmaması, ailələrdə böyüyən atalı-analı yaşıdlarından geyim-kecimdə də geridə qalması hamıya məlum olan həqiqət idi. İndi bu uşaqların heç nəyə ehtiyacı yoxdur! Necə deyərlər, kefləri kök, damaqları çağdır. Bunun hamısı Mehriban Əliyevanın zəhməti, səyi nəticəsində olub. Ancaq uşağı çörəklə, ləziz nemətlərlə doydurmaq, əyin-başını düzəltmək hələ işin yarısıdır. Onun isti nəfəsə, qayğıya ehtiyacı daha çox olur. Hamımız Mehriban xanımın yetim, yaxud xəstə uşağı necə məhəbbətlə qucağına götürdüyünü, necə istəklə bağrına basdığını çox görmüşük! Bu, internatlarda və uşaq evlərində işləyən qadınlara bir nümunə, bizim hamımıza, bütün cəmiyyətə bir mesajdır!

Əvvəllər uşaq evində böyüyən oğlan və qızların məktəbi bitirəndən, yəni yetkinlik yaşına çatandan sonra haraya üz tutacağı, harada yaşayacağı da cəmiyyəti narahat edən bir problem idi. Mehriban xanım bu uşaqların da qayğısına bir ana kimi qaldı. Onlar üçün ev tikdirdi...

Şanlı Qələbəmizədək yaşadığımız son illər ərzində Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün də ardıcıl işlər aparıb. Təsadüfi deyil ki, Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra ilk müşavirəsi də onlara həsr edilmişdi. “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır”. Həmin tədbirdə Mehriban Əliyeva belə dedi. Dedi və həmişə olduğu kimi vədinə əməl etdi. Birinci xanım da dövlətimizin başçısı kimi vədinə, verdiyi sözə həmişə sadiqdir.

Nəhayət, xalqımıza Qələbə və qürur gətirən, bunları bizə bəxş edərək uca şəhidlik mərtəbəsinə yüksələn oğullarımızın ailələri də daim Mehriban xanımı öz yanlarında görürlər. Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxır, kədərini bölür və bütün bunlarla bahəm onlara təsəlli verir, Vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deyir. Amma bunları deyərkən özünü də qəhər boğur, kövrəldiyini bəzən gizlədə bilmir. Bu da ana qəlbinə xas olan əlamətdir...

Mehriban xanım böyük Analıq missiyasını da qəlbindən qaynaqlanan bir təbiiliklə yerinə yetirir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!