Əsas kapitala 7,3 milyard manatdan çox vəsait yönəldilib
Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilmişdir. Sərf edilmiş vəsaitin 67,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.
Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı, 26,4 faizi xidmət sahələrinə, 9,3 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8 faizini təşkil etmişdir.
DSK-nın məlumatında bildirilir ki, əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3, büdcə vəsaitləri 28,1, bank kreditləri 7,9, əhalinin şəxsi vəsaitləri 6,9, büdcədənkənar fondların vəsaitləri 1,5, sair vəsaitlər 0,3 faiz olmuşdur.
7 ayda Bakıda Şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialı, Qobustan-Poladlı avtomobil yolu, ƏMDK-nın Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıtda "SOCAR karbamid” və Polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə, Bakıda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan MR-də 1170 şagirdlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 2 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!