18 Avqust 2024 08:32
1573
SİYASƏT
A- A+
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarında ABŞ dirijor rolunda çıxış edir

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarında ABŞ dirijor rolunda çıxış edir

 

"Ermənistanın ABŞ başda olmaqla, Qərbin Cənubi Qafqaz üçün çox təhlükəli geosiyasi ambisiyalarının həyata keçirilməsinin bələdçisinə çevrildiyi getdikcə daha aydın müşahidə edilir. ABŞ-nin ən böyük səfirliyi İraqdan sonra Ermənistandadır.  Heyətinin sayı 2500-ə yaxın olan səfirlik Ermənistan ərazisindən bütün regionu əhatə edən təhlükəli bir strategiyanı həyata keçirməklə məşğuldur".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Amerikanın Ermənistandakı səfirliyinin tərkibində 800 nəfərə qədər ABŞ-nin "dəniz pişikləri" adlanan qoşun növünün hissəsi də mövcuddur. ABŞ özünün hərbi mövcudluğunu Ermənistanda artıq təmin edib. Son vaxtlarda iki hərbi təyyarənin Ermənistana gəlməsi, onun yükünün silahlardan və ABŞ hərbçilərindən ibarət olması bir daha göstərir ki, Vaşinqton Ermənistan vasitəsilə bu regionda gərginlik yaratmağı qarşısına məqsəd kimi qoyub. "Ermənistan son günlərdə Azərbaycan mövqelərini intensiv atəşə tutur. KİV-də gedən məlumatlara görə, Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutularkən ABŞ-yə məxsus hərbi təlimatçılar da burada iştirak ediblər. Deməli, Amerika regionda gərginliyin artması məqsədilə özü üçün yol xəritəsi də hazırlayıb. Bunun icraçısı rolunda Ermənistan və ABŞ hərbçiləri birgə hərəkət edirlər", - deyə deputat əlavə edib.

Bu il aprelin 5-də Brüsseldə Ermənistan baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında keçirilmiş görüşü xatırladan E.Mirbəşiroğlu bildirib ki, Avropa rəsmiləri əvvəl məqsədin Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsi imkanlarının müzakirəsi olacağını etiraf etsələr də, Azərbaycan və Rusiyanın sərt reaksiyasından sonra görüşün məqsədini fərqli izah etməyə başlayıblar. Guya Ermənistanda sosial-iqtisadi inkişafa dəstək veriləcəkmiş. Amma sonradan məlum oldu ki, görüşdə hərbi-texniki sahədə əməkdaşlıq, ermənilərə əlavə təhlükəsizlik təminatının verilməsi məsələləri müzakirə olunub. Görüşün ardınca  Ermənistan Fransa tərəfindən intensiv silahlandırılmağa başladı. Bununla bərabər Hindistan da Ermənistana silahlar daşımağa başladı. Onların verdiyi silahlar da Fransa lisenziyasında istehsal olunanlar idi.

Deputat qeyd edib ki, Ermənistan ABŞ ilə öz ərazilərində hərbi təlimlər keçirir, NATO-nun Cənubi Qafqazda mövcudluğunu, demək olar ki, təmin edib: "Ermənistanın ərazisində Avropa İttifaqının mülki missiyası da mövcuddur. Yaxşı bilirik ki, bu missiyanın tərkibi Almaniyanın, Fransanın güc strukturlarının təmsilçilərindən ibarətdir. Onlar Azərbaycan başda olmaqla, Cənubi Qafqaz ölkələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirirlər. Bu proseslərin mərkəzində dirijor rolunda ABŞ çıxış edir. Məqsəd ondan ibarətdir ki, regionda yenidən ciddi gərginlik yaradılsın. Münaqişə elementlərinin yaradılması Qərbin beynəlxalq mexanizm adlandırdığı alətlərin tətbiqinə imkan verəcək. Bunun da mahiyyəti ondan ibarətdir ki, həmin qüvvələr Cənubi Qafqaz regionunda özünün hərbi və siyasi mövcudluğunu təmin etsinlər".

E.Mirbəşiroğlu vurğulayıb ki, Cənubi Qafqaz regionu həmçinin Rusiyaya qarşı ikinci cəbhə kimi də nəzərdə tutulur. ABŞ-nin əsas geosiyasi hədəfi odur ki, Rusiyanın regionda mövcudluğuna son qoysun. Elə bunun müqabilində də Ermənistana dəstək verir. Ermənistana verilən vədlər içərisində həm də Azərbaycana qarşı revanşa hazırlanma və itirmiş olduğu mövqelərini geri qaytarma var. Ermənistan deklorativ şəkildə sülh istəklərini sərgiləsə də, amma nə konstitusiyasında dəyişlik edir, nə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasını istəyir.  "Bütün bunlar onu göstərir ki, Ermənistan üçün münaqişə lazımdır. O, Azərbaycana olan ərazi iddialarından geri çəkilmək niyyətində deyil. O, ABŞ-dən dəstək almaqla təxribatçı cəhdlərini davam etdirmək qərarındadır. Son dövrlərdə Azərbaycan mövqelərinin atəşə tutulmasının əsas məqsədi də münaqişənin davam etdiyi təəssüratını yaratmaqdır və belə olan halda Minsk qrupunun aktuallığını gündəmdə saxlamaqdır. Azərbaycan tərəfi isə bildirir ki, münaqişə başa çatıb və biz torpaqlarımızı işğaldan azad etmişik. Odur ki, ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu qurum heç vaxt münaqişənin tənzimlənməsi ilə məşğul olmayıb, sadəcə, Ermənistanın xeyrinə münaqişəni idarə edib. Biz də bunun qarşısını almışıq. Azərbaycan region üçün həm unikal təhlükəsizlik mühiti yaradıb, həm də səmərəli əməkdaşlıq imkanlarını formalaşdırıb", - deyə müsahibimiz əlavə edib.

Deputat vurğulayıb ki, ABŞ isə bunu istəmir, çünki Cənubi Qafqazda yaranan yeni reallıqlar və formalaşan imkanlar onun maraqları ilə ziddiyyət təşkil edir. Çünki regionda münaqişə yoxdursa, ABŞ bura müdaxilə edə bilməyəcək.  Konstruktiv dialoq üçün Azərbaycan regionda maraqları olan bütün subyektləri uzlaşdırmağa hazır olan dövlətdir. Azərbaycanın istəyi odur ki, Cənubi Qafqaz regionu təhlükəsizlik coğrafiyasına çevrilsin və geniş əməkdaşlıq platforması yaransın. Prezident İlham Əliyev bu istiqamətdə strateji baxışlara sahibdir və buna uyğun da təsirli addımlar atır. Bu addımların qarşısını alacaq bir güc isə yoxdur.

 

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!