22 Sentyabr 2026 16:09
164
SİYASƏT
A- A+
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  


Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ilə görüş keçirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Rauf Əliyev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Rauf Əliyevin Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Şöhrət”, 2026-cı ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

Tahir Budaqov vurğulayıb ki, Rauf Əliyev hazırda YAP İdarə Heyətinin üzvü kimi məqsədyönlü fəaliyyətini uğurla davam etdirərək  partiyanın həyatında yaxından iştirak edir: “Sizə möhkəm cansağlığı, uzun ömür və YAP İdarə Heyətinin üzvü, eləcə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti kimi milli-mənəvi dəyərlərin, dövlət maraqlarının qorunması və gənc nəslin vətənpərvərlik ruhunda sağlam yetişməsi istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

Sonra Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub.

YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Musa Quliyev və Pərvin Kərimzadə, Vüqar Rəhimzadə çıxış ediblər. Qeyd olunub ki, Rauf Əliyev uzun müddət müxtəlif vəzifələrdə uğurla çalışaraq ona göstərilən etimadı layiqincə doğruldub. Natiqlər R.Əliyevin YAP İdarə Heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıraraq ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıblar.

Göstərilən diqqətə və yüksək etimada görə Azərbaycanı Zəfər zirvəsinə yüksəldən ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirən Rauf Əliyev Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu, bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

Tunis Azərbaycan neftinə daha çox üz tutdu: ixracda kəskin artım

14:40
22 Sentyabr

Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

14:27
22 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub  

14:21
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!