19 Mart 2025 08:30
614
SİYASƏT
A- A+
Ermənistandan sülh istiqamətində hərəkətlilik yoxdur

Ermənistandan sülh istiqamətində hərəkətlilik yoxdur


"Sülh müqaviləsi ilə bağlı təqdim etdiyimiz şərtlərin hamısının Ermənistan tərəfindən qəbul edilməsinin elan olunması növbəti uğurumuzdur. Bu, Azərbaycanın döyüş meydanında yaratdığı reallığın Ermənistan tərəfindən də qəbul olunması deməkdir. Amma Ermənistan tərəfindən şərtlərin qəbulu hələ bu ölkənin sülh müqaviləsinin imzalanması üçün tam hazır olması kimi başa düşülməməlidir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, şərtlərin qəbul olunması ilə şərtlərin icrası arasında böyük fərq var. Əgər Ermənistan sülh müqaviləsi ilə bağlı bütün şərtləri qəbul edibsə, onda  Konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı referenduma getməlidir.  "Yəni Ermənistan şərtləri qəbul etmişik deməklə kifayətlənirsə, bu heç də sülh demək deyil. Azərbaycan qətiyyətli şəkildə deyib ki, biz ancaq Paşinyanla yox, Ermənistan xalqı ilə sülh bağlamaq istəyirik. Bu baxımdan referendum yolu ilə Konstitusiyada ölkəmizə qarşı olan ərazi iddialarından əl çəkilməsi istiqamətində hərəkətlilik müşahidə olunarsa, onda Azərbaycan həqiqətən Ermənistanın sülh niyyətində olduğunu görər. Digər məsələ isə keçmişin qalığı olan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması üçün razılığın alınmasıdır. Bu iki məsələ həll olunarsa, uzun illər düşmənçilk münasibətlərində olmuş iki ölkə arasında dayanıqlı sülh əldə olunar", - deyə siyasətçi əlavə edib. 

Deputat qeyd edib ki, bu həm də dünyada davam edən münaqişələrlə münasibətdə yeni bir nümunəyə imzanın atılması olardı. Digər məsələləri isə ikitərəfli danışıqlar yolu ilə həll etmək mümkündür. Bu da regionda əməkdaşlıq mühitinin möhkəmlənməsinə səbəb olar. Amma təəssüf ki, Ermənistanda sülhün əksinə olan hərəkətləri müşahidə edirik.  Birincisi, Ermənistanın sürətlə silahlanmasını xatırlada bilərik. Ermənistan hərbi büdcəsini bir neçə dəfə artırıb silah arsenalını çoxaltmaqla məşğuldur. Bu ölkə Hindistandan "Akash" tipli raket kompleksləri, Fransadan "Caesar" özüyeriyən artilleriya qurğuları, zirehli avtomobillər və digər silahlar alır. Başqa ölkələrdən də ölümcül döyüş silahları almaqda davam edir. Bununla yanaşı, şərti sərhədimizdə 10-dan çox dayaq nöqtələri yaradıb. Son vaxtlar Avropa İttifaqının kəşfiyyatçıları şərti sərhədimizdə kəşfiyyat məlumatlarının toplanılmasını da intensivləşdiriblər.  Bütün bunlar Ermənistanın sülh niyyətində olmadığını sübut edir. 

Deputat vurğulayıb ki, Paşinyan hakimiyyətinin sülhlə bağlı şərtləri qəbul etməsi barədə açıqlama verməsi sadəcə özlərini sülhsevər kimi təqdim etmək  məqsədi daşıyır: "Amma reallıqda Ermənistan çox ciddi şəkildə müharibəyə hazırlaşır. Yaxşı olar ki, Ermənistanın dövlət rəhbərləri ağıllarını başlarına yığıb şərtlərimizi qəbul etdiklərini bildirdiyi kimi, digər məsələlərin də real həlli üçün hərəkətə keçsinlər. Onda regionumuza əsl sülh və əməkdaşlıq gələr. Azərbaycanın niyyəti yenidən müharibə etmək deyil. Ona görə də 44 günlük Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev Ermənistana köhnə düşmənçilik səhifəsini bağlamağı və münasibətlərə təmiz vərəqdən başlamağı təklif edib. Amma beşinci ildir ki, münasibətlərimizin təmiz səhifədən başlanması istiqamətində Ermənistandan bir hərəkətlilik yoxdur". 

A.Badamov bildirib ki, dövlətimizin qəti mövqeyi hakimdir və Ermənistan da reallıqda bunu qəbul etməyə məcbur olacaq. Əks halda bundan sonra bataqlıqda qalmaqda davam edəcək. Ermənistanın yenidən müharibəyə hazırlaşması onların yanlış yolda olduğunun göstəricisidir. Çünki onlar nə qədər müharibəyə hazırlaşsalar da, Azərbaycan Ordusundan güclü ordu yarada bilməyəcəklər. Biz də ordumuzu gücləndiririk, çünki ordumuz suverenliyimizin təminatçısıdır. Əgər Ermənistan yenidən revanşist niyyətə düşüb hərbi əməliyyatlara başlayarsa, cavabımız çox ciddi olacaq. İrəvan yenidən çoxlu sayda tabutları qarşılayacaq. O cümlədən Hərbi Qənimətlər Parkının boş qalmış yerlərini "Caesar" və "Akash" raket kompleksləri və "Bastion" zirehli avtomobilləri ilə doldurmalı olacağıq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!